Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                 

QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD
Tarix: 14-01-2012, 16:46 | Çap et
QARABAĞ DANIŞIQLARINDAN MÜHARİBƏYƏ KEÇİD

MEDVEDEVİN SON QARABAĞ HƏMLƏSİNƏ İNAM YOXDUR

Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı yanvarın 23-də Soçiyə dəvət etməsi çoxları üçün sürpriz oldu. Çünki Medvedevin hakimiyyət müddətinin bitməsinə təxminən iki ay vaxt qalıb və onun bu qısa zamanda daxili və xarici siyasətdə hər hansı uğur qazanacağı mümkün görünmür.

ABŞ-da Medvedev kimi prezidentləri “axsaq ördək” adlandırırlar. Yəni prezident müddəti başa çatan və postunu tərk etməyə hazırlaşan fiqurun təşəbbüsləri ciddi qəbul olunmur. Ona görə də Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya yığmasının əhəmiyyəti qalmır. Medvedev mövqeyinin nisbətən güclü olduğu 3 ildə prezidentləri 10 dəfə bir araya gətirərək nəticə əldə etməyibsə, son görüşündə münaqişənin həlli ilə bağlı hansı uğur əldə edə bilər?

Dmitri Medvedev 2010-cu ilin iyun ayında azərbaycanlı və erməni həmkarlarını Kazana dəvət etdikdə, bəzi siyasi dairələr az da olsa, baza prisniplərinin imzalanacağı ilə bağlı müəyyən optimist proqnozlar irəli sürürdülər. Ancaq bu görüş də özünü doğrultmadı. Prezidentlər heç bir sənəd imzalamadan geri qaytıdılar. Budəfəki Soçi görüşü ilə bağlı isə ancaq pessimist fikirlər səslənir. Vəzifəsini baş nazir Vladimir Putinə təhvil verməyə çalışan Medvedev Soçi görüşünü sanki Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün deyil, sadəcə azərbaycanlı və erməni həmkarları ilə sağollaşmaq naminə təşkil edir.

Əslində Azərbaycan və Ermənistan prezidentləri də Soçi görüşünün mənasız olduğunu anlayırlar. Soçidə hər hansı irəliləyiş əldə olunmayacağı onlara da əvvəlcədən bəllidir. Əksinə, Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki bundan əvvəlki Moskva görüşündə az qala əlbəyaxa olmalarına dair xəbərlər yayılmışdı və onlar təmaslara uzun müddət ara verilməsinə tərəfdar idilər. Buna baxmayaraq, İlham Əliyev və Serj Sarkisyan Medvedvin son istəyinə “yox” deyə də bilməzdilər.

Reallıqda isə İlham Əliyev və Serj Sarkisyan Medvedevdən sonrakı danışıqlar mərhələsinə hazırlaşırlar. Rusiyada martda keçiriləcək prezident seçkisində çox ciddi qarşıdurmanın olacağı proqnozlaşdırılır. Putini əvvəlki seçkilərdən daha çətin sınaq gözləyir. Rusiya cəmiyyəti eyni adamı hakimiyyətdə görməkdən yorulub, insanlar dəyişiklik istəyirlər. Putin qələbə çalsa belə, Rusiyada seçki nəticələri ətrafında qızğın mübarizə gözlənilir. Odur ki, Putin martdan sonrakı aylarda bir müddət öz problemləriylə məşğul olmaq məcburiyyətində olacaq. Yəni Dağlıq Qarabağ münaqişəsi yay aylarının sonuna doğru Putinin gündəminə gələ bilər. Digər tərəfdən, Medvedevdən fərqli olaraq Putini Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər də maraqlandırmır. Medvedev xoş niyyətli olsaydı belə, ona Moskvadakı bəlli siyasi və hərbi dairələr Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməzdilər. Putinin isə, ümumiyyətlə, xoş niyyət deyilən bir dərdi yoxdur. O, Rusiyanın hegemon maraqlarından və Ermənistanla hərbi-strateji əlaqələrin inkişafından çıxış edir. Bu yanaşma isə münaqişənin ədalətli həllinə ziddir. Ona görə də Putinin təşkil etdiyi üçtərəfli görüşlər də böyük ehtimalla imitasiya xarakteri daşıyacaq.

Buna rəğmən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı imitasiyasını xaricdən poza biləcək dövlətin olmadığı reallıqdır. ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri - nə ABŞ, nə də Fransa Rusiyanın təkbaşına və nəticəsiz qalan vasitəçiliyini əngəlləmək istəyir. Sanki Vaşinqton və Paris danışıqlar prosesindən kənara çəkiliblər. Ancaq Fransanın fəallaşması ehtimalı da Azərbaycana yaxşı heç nə vəd etmir. Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri onun Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyini ortaya qoydu. Elə Fransa Senatının “erməni soyqrımı”nı inkar edən qanun layihəsini təsdiq etməyə hazırlaşması da Parisin ermənipərəst mövqeyinin rəsmiləşməsi deməkdir. ABŞ-ın hazırki administrasiyasının isə ümumiyyətlə Cənubi Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.

Beləliklə, nə Rusiyanın təkbaşına fəallığı, nə də Minsk Qrupunun vasitəçiliyi münaqişənin həllini sürətləndirmək istidarındadır. Bunun üzərinə Rusiyadan başqa bu il Ermənistan, ABŞ və Fransa, gələn il isə Azərbaycandakı prezident seçkilərini əlavə etsək, yaxın iki ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyin əbəs olduğu aydınlaşar.

Turan Analitik Xidməti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru