FAZİL MƏMMƏDOVUN MÜAVİNİ İŞÇİLƏRİ ALDADIR
Tarix: 14-09-2013, 10:34 |
Çap et
MƏHSUL SATILSA DA, MAAŞLAR VERİLMİRDİA.AZ: - Vergilər nazirinin birinci müavini Natiq Əmirovun Siyəzən rayonundakı üzüm plantasiyalarında çalışan yerli sakinlər maaşlarını ala bilmir. DİA.AZ bildirir ki, bu barədə moderator.az xəbər yayıb. Portala adıçəkilən rayonun bir qrup sakini tərəfindən verilən məlumatda narazılıq ifadə olunur. Siyəzən sakinlərinin sözlərinə görə, Natiq Əmirovun üzüm plantasiyalarındakı məhsul artıq satılsa da, ancaq çalışan işçilərin maaşları verilməyib.
İşçilər yeni tədris ilinin artıq başlandığını, ali və orta məktəbə gedən övladlarının tələbatlarını ödəmək üçün maaşlarının tezliklə verilməsini tələb edir.
Qeyd edək ki, əslən Şabran rayonundan olan Natiq Əmirovun bu bölgədə böyük biznesi var. Nazir müavininə məxsus üzümçülük təsərrüfatı, həmçinin, şərab zavodu fəaliyyət göstərir.