HAKİM PARTİYANIN ÜZVLƏRİ İRANA İŞLƏYİR?
Tarix: 17-09-2013, 15:29 |
Çap et
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat tamamilə yalandır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, AKP-nin heç bir üzvünün İranın xüsusi xidmət orqanları ilə əlaqəsi yoxdur və bu məzmunda olan bütün məlumatlar yalnız uydurmadır.
Qeyd edək ki, daha əvvəl Türkiyənin bir sıra KİV-ində AKP-nin iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat yayılmışdı. Məlumata görə, onlar ölkənin rəsmi şəxslərini dinləmək üçün müxtəlif dövlət strukturlarında cihazlar quraşdırıblar.