BAKI ERMƏNİSİ MOSKVADA TƏKRAR ETİMADA LAYİ GÖRÜLDÜ
Tarix: 17-09-2013, 15:33 |
Çap et
Sentyabrın 17-də Rusiya paytaxtı Moskvanın meri Sergey Sobyanin yeni hökumətin strukturunu açıqlayıb. Yeni tərkibdə yalnız merin iqtisadi məsələlər üzrə müavini dəyişib. Bu postda Andrey Şaronovu Natalya Serqunina əvəzləyib.
“Media forum” saytı xəbər verir ki, Bakıda doğulmuş erməni Vladimir Petrosyan hökumətdə Əhalinin Sosial Müdafiəsi Departamentinin rəhbəri postuna təsdiqlənib. Petrosyan 1980-ci ildə Stepanakert Pedaqoji İnstitutunu bitirib. 1987-1988-ci illərdə Bakıda 30 saylı məktəbin direktoru olub.