CEYRANBATAN MƏKTƏBİNDƏ NƏ BAŞ VERİR?
Tarix: 19-09-2013, 12:52 | Çap et
“Təzadlar”a surəti dövlət başçısı İlham Əliyevə ünvanlı şikayət məktubu daxil olub. DİA.AZ olaraq aşağıda həmin şikayəti ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Surəti: Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya!
Müraciət
Hörmətli cənab Prezident!
Bildirirəm ki, son 8 ildə Abşeron rayonunun təhsil müəssisələrində, habelə Ceyranbatan qəsəbə 1 saylı orta məktəbində maraq saatları, dərnəklər, xəstə uşaqlara ev şəraitində keçirilməli olan dərslər keçirilmədiyi halda bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait məktəb direktoru və bu işdə əli olan digər vəzifəli şəxslər tərəfindən mənimsənilmiş, bu gün də mənimsənilməkdədir.
Ceyranbatan qəsəbə 1 saylı orta məktəbin direktoru Yusif Yusifov, müavini Solmaz Yusifova bir saat da olsa dərs keçmədiyi halda özlərinə lazımi qədər dərs saatı yazaraq dövlət vəsaitini mənimsəyiblər. Sinif jurnalında adı yazılmış şagirdlərin sayı ilə faktiki sinifdə olan şagirdlərin sayı üst-üstə düşmür. Dəftərxana ləvazimatlarının alınması üçün son 8 ildə dövlət büdcəsindən ayrılmış vəsait Ceyranbatan qəsəbə icra nümayəndəsi Yusif Əhmədov, sabiq icra nümayəndəsi Arif Sadıqov və digər vəzifəli şəxslər tərəfindən mənimsənilmişdir. Məktəbdə adı olan, amma özü olmayan texniki işçilərə əmək haqqı yazılıb və bu pullar məktəb direktorları- Yusif Yusifov, Hafizə Kərimova, təsərrüfat işləri üzrə direktor müavini Elşən Ağayev, Ceyranbatan qəsəbəsinin sabiq icra nümayəndəsi Arif Sadıqov, hazırda icra nümayəndəsi işləyən Yusif Əhmədov tərəfindən mənimsənilmişdir. Ceyranbatan qəsəbəsinin icra nümayəndəsi Yusif Əhmədovun katibəsinin adı məktəbdə texniki işçi kimi (xadimə) sənədləşdirilib. Axı icra nümayəndəsinin katibəsi olan şəxs məktəbdə işləmədiyi halda necə məktəbdən əmək haqqı ala bilər?
Direktor Yusif Yusifov maraq saatlarını müavini Solmaz Yusifova ilə aralarında bölüşdürüb, pulunu alıb mənimsəyib, amma bu günədək bir saat da olsa maraq saatını keçməyiblər. Dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsinə şərait yardan, bu proseslərə rəhbərlik edən Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevdir. Nadir Ağayevin xəbəri olmadan dövlət büdcəsinin vəsaitləri necə mənimsənilə bilər? Bu bir ilin söhbəti deyil, neçə illərdir dövlət büdcəsinin vəsaitləri mənimsənilib və mən də neçə illərdir ki yazıram, şikayət edirəm, amma tədbir görən yoxdur.
Arif Sadıqov, Yusif Əhmədov, Yusif Yusifov, Hafizə Kərimova, Solmaz Yusifova, Nadir Ağayev və digərləri kimə arxayın olub dövlət vəsaitini mənimsəyiblər? Görəsən Abşeron rayon Maliyyə İdarəsinə rəhbərlik etmiş və bu gün rəhbərlik edən vəzifə sahibləri hansı səbəbdən dövlət büdcəsinin vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət etməyib? Nə vaxtadək övladlarımızı, balalarımızı şikəst edən bu məmurlar cəzasız qalacaq? Ceyranbatan bu gündədirsə görün Abşeron rayonunun digər kənd və qəsəbələrindəki məktəblərdə nələr var. Bu dözülməz və acınacaqlı vəziyyətdən agah olub problemin köklü həllinə nail olmaq üçün son 8 il üzrə Abşeron rayonundakı bütün təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması vacibdir. Davamlı müraciətlərimdən sonra Maliyyə Nazirliyi tərfindən şikayətim nəzarətə götürüldü, göstərdiyim faktların araşdırılması, qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi ilə bağlı mənə rəsmi cavab verilməsi üçün Dövlət Maliyyə Nəzarəti Xidmətinə göstəriş verildi.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov da öz növbəsində mənim müraciətimi araşdırmaq üçün 1 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Akif Zeynalova göndərdi. Akif Zeynalovun müfəttişləri gözdən pərdə asmaq üçün yoxlama aparmaq adı ilə 3-4 gün məktəbə gəldilər, amma heç bir yoxlama aparmadılar. Axı nəyi yoxlamaq üçün gəlmişdilər? Akif Zeynalov və onun müfəttişləri bu faktları bilmir, görmür? Akif Zeynalov və onun müfəttişləri belə bir ciddi məsələyə səthi, etinasız yanaşaraq dövlət büdcəsinin vəsaitinin mənimsənilməsi faktını gizlətdilər. Əgər belə olmasaydı Akif Zeynalov mənim müraciətimdəki təsdiqini tapmış faktları dövlət vəsaitinin mənimsənilməsinə birbaşa rəhbərlik edən Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevə göndərməzdi. Akif Zeynalov izi itirmək üçün mənə səthi cavablar verib. Göstərdiyim faktlar məktəbdə olan mənimsəmə hallarının və digər qanun pozuntularının cüzi bir hissəsidir. Belə bir ciddi məsələyə etinasız yanaşılsa da mən çoxsaylı şikayətlərimi dayandırmadım.
Nəhayət, Abşeron rayonundakı təhsil müəssisələrinin son 7 il üzrə maliyyə-təsərrfat fəaliyyətinin yoxlanılması üçün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşı Mövlüş Mehdiyev zəng edərək təftişə gəldiyini bildirdi və məni Ceyranbatan qəsəbə 01 saylı orta məktəbinə dəvət etdi. Mövlüş Mehdiyevin dəvətini qəbul edərək məktəbə getdim. Mövlüş Mehdiyev İzahat verməyimi və faktları yerində göstərməyimi tələb etdi. İzahat verməyəcəyim təqdirdə yoxlama apara bilməyəcəyini bildirdi. Mövlüş Mehdiyevin bəhanəsinə son qoymaq üçün hissə-hissə faktları göstərməklə ayrı-ayrılıqda izahatlar yazdım və obyektiv yoxlama aparılmasını xahiş etdim.
Mövlüş Mehdiyev yoxlamanı Abşeron rayon təhsil şöbəsinin əməkdaşı Adil adlı şəxsin iştirakı ilə məktəb direktorunun kabinetində aparırdı. Adil adlı şəxs və Mövlüş Mehdiyev tez-tez dəhlizə çıxaraq izahat verməli olan şəxsləri əvvəlcədən təlimatlandırırdı, sonra isə həmin şəxsləri direktorun kabinetində direktorun iştirakı ilə qəbul edib formal izahatlarını alırdı və bununla da işini bitmiş hesab edirdi. Görəsən Mövlüş Mehdiyev Abşeron rayonundakı 34 məktəbin 7 il üzrə maliyyə-təsərrüfat fəaliyyətini 20 günə necə yoxlayıb? Aşkar edilərək təsdiqini tapmış cinayət xarakterli faktlar hansı səbəbdən hüquq-mühafizə orqanlarına təqdim edilmir?
Cənab Prezident!
Üzə çıxartdığım cinayət xarakterli faktları ört-bastır etmək üçün mənə təzyiq göstərirlər. Korrupsiya cinayətinin üstünü açdığıma görə məni ölümlə hədələyirlər. Övladım korrupsiyanın tüğyan etdiyi sözügedən məktəbdə oxuyur. Məni övladımla hədələyirlər. Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Mövlüş Mehdiyevin gözü önündə məni nalayiq sözlərlə təhqir edərək ölümlə hədələdilər, lakin Mövlüş Mehdiyev heç bir tədbir görmədi. Çünki bunu Mövlüş Mehdiyev planlaşdırmışdı. Bu yolla məni şərləyib susdurmaq istəyirdilər. Xalqa, Dövlətə xidmət etmək, korrupsiya cinayətinin üstünü açmaq cinayətdirmi? Mən bir vətəndaş, jurnalist olaraq bu korrupsiya cinayətinin üstünü açmışam. Tədbir görmək əvəzinə şər, böhtan atıb məni susdurmaq istəyirlər, ölümlə hədələyirlər.
Mənimsənilmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin edilməli, bu cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu işə cavabdeh məsul vəzfəli şəxsləri mənim müraciətim əsasında aparılmış araşdırma nəticəsində dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi halları və digər qanun pozuntuları ilə bağlı toplanmış materialı hüquq-mühafizə orqanlarına göndərmək əvəzinə 1 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Akif Zeynalovla əlbir olaraq bu korrupsiya faktını gizlədib. Mövcud qanunvericiliyə uyğun olaraq şikayətçinin şikayətini şikayət olunan şəxsə göndərmək qadağandır. Buna baxmayaraq qanuna əməl olunmur, şikayətim şikayət olunan şəxsə göndərilir. Məsələnin ciddiliyini nəzərə alıb dövlət vəsaitinin mənimsənilməsi halları və digər qanun pozuntuları ilə bağlı qeyd etdiyim faktların araşdırılıb zəruri tədbirlərin görülməsi üçün müraciətimi şəxsən xüsusi nəzarətə götürməyinizi, Abşeron rayonundakı təhsil müəssisələrində ciddi yoxlamanın aparılmasını, dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyən, əvəzi ödənilməyən itkilərə səbəb olan, gələcəyimizi - övladlarımızı şikəst edən və digər qanun pozuntularına yol verən şəxslər barəsində qanunamüvafiq tədbirin görülməsini, ailə üzvlərimin və mənim təhlükəsizliyimin təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm. Çoxsaylı müraciətlərimə baxmayaraq Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev və onunla əlbir olan adları çəkilən vəzifə sahibləri bu günədək məsuliyyətə cəlb edilməmiş, Təhsil Nazirliyinin bəzi məsul vəzifəli şəxslərinin imzası ilə mənə başdansovdu cavablar verilmişdir. Nadir Ağayev və onun rəhbərlik etdiyi qruplaşmanın bu günədək məsuliyyətə cəlb edilməməsinin səbəbi Abşeron rayon İcra Hakimiyyətində, Təhsil Nazirliyində və digər cavabdeh dövlət - nəzarət orqanlarında uzun müddət kök salmış bir qrup vəzifəli şəxsin Nadir Ağayevə və onun rəhbərlik etdiyi qruplaşmaya himayədarlıq etməsidir.
Lazımi sənədlərin surətini (07 vərəqdə) əlavə edirəm.
Qoşma : Abşeron rayonu Ceyranbatan qəsəbə 1 saylı orta məktəbində dövlət büdcəsinin vəsaitinin mənimsənilməsini təsdiq edən Maliyyə
Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mənə ünvanladığı cavab məktubları 04 vərəqdə, 1 saylı Regional Maliyyə Müfəttişliyinin cavab məktubu 01 vərəqdə, Təhsil Nazirliyinin cavab məktubu 01 vərəqdə, Hesablama Palatasının cavab məktubu 01 vərəqdə. Ciddi tədbir görüləcəyinə inanqıram. Əvvəlcədən minnətdarlığımı bildirirəm!
Kamran Səxavət
Abşeron rayonu Ceyranbatan qəsəbəsi
20 yanvar küçəsi ev 8 mənzil 18
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|