İRANIN BƏXTİ AÇILACAQMI?
Tarix: 24-09-2013, 11:41 | Çap et
Bir çox İranlılar inanırlar ki, prezident Hassan Rouhaninin (Həsən Ruhani) BMT səfəri ölkənin bəxtini açacaq. İran prezidenti Hassan Rouhaninin çoxdan gözlənilən səfəri zamanı – sentyabrın 24-də Birləmiş Millətlər Təşkilatının Baş Assambleyası qarşısındana edəcəyi çıxış bir çox iranlılar arasında ümid və yüksək gözləntilər yaradıb. İranın ziddiyyətli nüvə proqramı səbəbilə Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən ölkə üzərinə qoyulmuş boğucu sanksiyalara görə güzəranları pisləşmiş bir çox İran vətəndaşları ümid edirlər ki, bu səfər Tehran və Vaşinqton arasında gərginliyin azalması üşün başlanğıc ola bilər. Əlaqələri 1979-cu il inqilabından və ABŞ diplomatlarının giröv götürülməsindən sonra qırılmış iki ölkə, son illərdə İranın Vaşinqtonun inamına görə hərbi xarakter daşıyan ziddiyyətli nüvə proqramı üstündə kəllə-kəlləyə gəlirlər. İran nüvə proqramı barədə ittihamları rədd edir. İranda çoxları üçün Rouhani və Obama arasında görüş və hətta əl-ələ salamlaşma müsbət işarə sayıla bilərdi. İki lider arasında heç bir görüş nəzərdə tutulmasa da, nə Ağ Ev, nə də Rouhani belə bir görüşün mümkünlüyünü istisna etməyiblər. İranda adının çəkilməsini istəməyən bir jurnalist AzadlıqRadiosuna adamların ümidlərini belə ifadə edib: “Obama və Rouhani arasında heç olmasa əl-ələ salamlaşma hər iki tərəfin İran iqtisadiyyatının hazırkı bataqlıqdan çıxarılması üçün niyyətli olduqlarını göstərərdi”. Tehranda yaşayan 43 yaşlı mühəndis qadın deyir ki, iki ölkə arasında etimadsızlıq divarının bir gecədə yıxılmasını gözləmək olmaz, lakin Rouhaninin Nyu York səfəri buzun əriməsinə kömək edə bilər.
“Mən çox ümidliyəm, əslində, son illərdə ilk dəfədir, ümid edirəm ki, yaxşı şeylər baş verə bilər, - deyir qadın, - biz sanksiyalardan və təklənməkdən bezmişik. Biz ümid edirik ki, Rouhani nüvə məsələsini həll edə və ABŞ-la münasibətləri yaxşılaşdıra bilər. Onun səfəri, məncə, ilk addımdır”. EHTİYATLI NİKBİNLİK Uzun illərdir ki, İranda “Böyük İblis” adlandırılan ABŞ-la danışıqlar mövzusunun özü belə tabu idi. Lakin indi, Rouhaninin və Obamanın şəkilləri, iki lider arasında Nyu Yorkda mümkün görüş barədə söz-söhbətlər İran qəzetlərində dərc olunur. İslahatpərəst media İran müşahidəçiləri arasında ehtiyatlı nikbinliyə səbəb olan mülahizələr barədə təhlil və pəylərə geniş yer verir. Mötədil “Etemad” gündəlik qəzeti 23 sentyabr sayında iki prezident arasında görüşün mümkünlüyünə dair 50 təhlilçi, siyasətçi və ziyalı arasında rəy sorğusu keçirib. Qəzetin bu barədə dərc etdiyi məqalə “Obama-Rouhani : bir görüşə əlli baxış” adlanır. Nyu Yorka yola düşməzdən əvvəl Ruhani demişdi ki, o səfərindən “İranın həqiqi simasını” göstərmək üçün istifadə edəcək. Onun rəsmi internet saytında deyilir ki, Rouhani jurnalistlərə bunları bildirib: “Bu səfər zamanı biz məzlum İran xalqının səsini dünyaya yetirəcəyik və bildirəcəyik ki, sanksiyalar qanunsuz və yolverilıməzdir”. Bir çox iranlıar bundan əvvəl keçmiş prezident Mahmoud Ahmedinejatın BMT çıxışlarını və onun yəhudi soyqırımını inkar edən nitqlərindən sonra Qərb nümayəndə heyətlərinin zalı tərk etdiklərinin şahidi olublar. Yarımrəsmi İSNA agentliyi yazır ki, indi iranlıların çoxu prezidentin bu dəfə “boş oturacaqlar”a müraciət etməyəcəyinə əmindirlər. “TƏBƏSSÜM DİPLOMATİYASI” İSNA xəbər agentliyi bildirib ki, iranlılar Ruhaninin özünün “təbəssüm diplomatiyası” ilə İranın beynəlxalq birliklə münasibətlərinin yeni səhifəsini aça biləcəyinə və bu səhifədə “dağıdıcı tufan” deyil, “mötədil dəyişiklik mehi” olacağına ümid edirlər. Bir başqaları daha ehtiyatlı səslənirlər. Bir gənc iranlı deyir: “Biz keçmiş prezident Xatəmi də hakimiyyətə gələndə çox ümid edirdik, lakin o, çox şeyə nail ola bilmədi. Yenə də ümid edirik ki, Rouhani nə isə edə bilər”. Bir çox iranlılar öz ümid və gözləntilərini ifadə etmək üçün Facebook-a üz tutublar və mesajlarını hazırda Nyu Yorkda, BMT sammitinə hazırlaşan xarici işlər naziri Cavad Zərifin səhifəsinə post edirlər. “Nə olar, bizə yaxşı xəbər gətirin” – deyə bir istifadəçi yazır. Başqa bir mesajda isə deyilir ki, Rouhani özü ilə bu səfərə iranlıların ümidlərini də aparıb. Nikbinlik hissi, Rouhani seçiləndən bəri, deyəsən İranın milli valyutası – rialın da məzənnəsinə təsir edib. Sentyabrın 23-də, bu il ilk dəfə olaraq ABŞ dollarının məzənnəsi 30 min rialdan az olub. Tehranda bir jurnalist AzadlıqRadiosuna bildirib ki, bir çox iranlılar Ruhaninin səfəri nəticəsində ölkə iqtisadiyyatının canlanacağına ümid edirlər. “Obama və Rouhani arasında görüşün elə təkcə mümkünlüyü barədə söz-söhbət riyalın məzənnəsini qaldırıb, - deyir jurnalist, - adamlar düşünürlər ki, əgər bu iki kişi əl verib salamlaşsalar, bu, iqtisadi vəziyyətdə dərhal dəyişikliyə səbəb olacaq. Üstəlik hətta söhbət eləsələr, bu görüşün təsiri onqat çox olacaq”. \ azadlıq radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
|