PAKİSTANIN HEÇ BƏXTİ GƏTİRMİR
Tarix: 25-09-2013, 09:57 |
Çap et
Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, yeraltı təkanlar Bəlucistan əyalətinin Avaran dairəsi daha çox zərər vurub.
Təbii fəlakət nəticəsində ən azı 373 nəfər yaralanıb, binaların 90%-i dağılıb.
Qeyd edək ki, sentyabrın 24-də gündüz saatlarında Pakistanın cənub-qərbində 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Avaran şəhərinin 66 km-liyində qeydə alınıb. Zəlzələ Kəraçidə, Hindistanın Heydərabad və Dehli şəhərlərində də hiss olunub. Təbii fəlakət nəticəsində Ərəbistan dənizində - Pakistanın Qvadar şəhəri yaxınlığında dənizdən ada üzə çıxıb.