XƏZƏRİ NİYƏ BÖLƏ BİLMİRİK?
Tarix: 18-01-2012, 13:01 |
Çap et
LAVROV DEYİR Kİ, GÜNAH RUSİYA VƏ AZƏRBAYCANDA DEYİL
“Bakı sammitindən sonra Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda o qədər də aktivlik hiss olunmur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib. Lavrov danışıqlarda əsasən iki məsələnin müzakirə olunduğunu söyləyib: “Birinci məsələ Xəzərdə nərəkimilərin ovuna moratorium qoyulması, ikinci məsələ isə suveren zona və balıq ovu zonasının müəyyən edilməsidir. Bu məsələlərdə Xəzəryanı ölkələr vahid rəyə gələ bilməyiblər. Bunun günahı Azərbaycan və Rusiyada deyil”.