DAHA BİR ÜSYAN OCAĞI: NOVXANI...
Tarix: 28-09-2013, 10:53 |
Çap et
FHN Bakının Novxanı çimərliyi yaxınlığındakı qaçqın düşərgəsini zəbt edib. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, FHN-nin qaçqın düşərgəsindəki ərazinin önəmli bir qisminə əl qoyması məcburi köçkünlər tərəfindən ciddi etiraza səbəb olub: “Novxanı çimərliyi sahilindəki “Sarıqaya” yaşayış massivinə daxil “Şəfəq” düşərgəsinin böyük bir qisminin FHN tərəfindən hasarlanması sakinlərin narazılığına səbəb olub. Vətəndaşların bildirdiyinə görə, nazirliyin zəbt etdiyi ərazi onların övladlarının öz vaxtlarını səmərəli surətdə keçirdiyi yeganə yerdir. Bu səbəbdən də onlar FHN-nin insanların kifayət qədər sıx məskunlaşdığı ərazidəki yeganə boş torpaq sahəsinə əl qoymasının arzuedilən olmadığı qənaətindədirlər. Sakinlər hesab edir ki, uşaqların pis-yaxşı öz vaxtlarını keçridikləri bu yeganə yerin yaşıllaşdırılması, onun insanlaırn öz vaxtını daha anlamlı keçirməsi üçün abadlaşdırılması əvəzinə zəbt edilməsi yolverilməzdir”.
Mənbə FHN tərəfindən nəzarətə götürülən ərazidə ətraf ərazilərin yanğın təhlükəsizliyini təmin etmək üçün yeni bazanın inşa ediləcəyini vurğulayıb.