FAZİL MƏMMƏDOV GENERALIN HƏDƏFİNƏ ÇEVRİLİB
Tarix: 3-10-2013, 08:55 |
Çap et
VERGİLƏR NAZİRİ DƏ SEÇKİDƏN SONRA POSTUNDA TƏSDİQLƏNMƏYƏ BİLƏR
DİA.AZ: - Vergilər naziri Fazil Məmmədovun mövqeləri zərbə altındadır və hətta prezident semkilərindən sonra Fazil Məmmədovun təkrar olaraq nazir postuna təsdiqlənməməsi də gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən xəbər verilib. Məlumatlardan aydın olur ki, Fazil Məmmədov Bəylər Əyyubovla ədavətinin qurbanı olur ki, hətta bu məsələdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə adamını qorumaq iqtidarında deyil.
Xatırladaq ki, Fazil Məmmədov bir neçə ay əvvəl Bəylər Əyyubovun bostanına daş atmışdı. Nazirin generaklın obyektlərini nəinki yoxlatdırmış, hətta cərimə belə kəsdirmişdi. İndi isə aydın olur ki, köhnə hadisəni unutmayan Bəylər Əyyubov Fazil Məmmədovdan qisas almaq fürsətini əldə edib.
Mənbəmiz bildirir ki, birbaşa olaraq prezidentə operativ çıxış imkanı olan Bəylər Əyyubov VN şefi ilə bağlı mənfi rəy yaratmağa müvəffəq olub və hətta onun adının «qara siyahıya» salınması yolunda da ciddi addımlar atıb. Bu barədə mənbənin söylədikləri: «Fazil Məmmədov ən uzağı prezident seçkiləri bitənə qədər görəv başında qalacaq. Sonradan onun nazir kimi təsdiqi isə heç inandırıcı deyil. Çünki artıq Bəylər Əyyubov onun qələmini qırdıra bilib»…