ZAHİD ORUC: "SEÇKİ LOQOM ALMA OLSAYDI"...
Tarix: 3-10-2013, 15:02 |
Çap et
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə prezidentliyə namizəd Zahid Oruca “Nar Mobile” şirkətinin dəstək verməsinə dair informasiyalar yayılmaqdadır. Belə xəbərlərin dolaşmasının əsəs səbəblərindən biri də Zahid Orucun nar meyvəsini öz kampaniyasının əsas loqosu seçməsidir. Moderator.az-a açıqlama verən Zahid Oruc bu informasiyanı əsassız adlandırdı: "Mənim bütün təbliğat və təşviqat kampaniyam öz daxili resurlarım hesabına aparılır və bizə heç bir qurum maddi yardım etmir. Nə yaxşı ki, mən almanı loqo olaraq seçməmişəm. Belə olsaydı yəqin bəzi ağzıgöyçəklər mənim seçki kampaniyamı rəhmətlik Stiv Cobsun “Apple” korparasiyasının maliyələşdirdiyini yazardılar”.