QAZAXIN İCRA BAŞÇISI ÖLKƏ İLƏ ƏLAQƏSİNİ KƏSDİ
Tarix: 4-10-2013, 09:01 |
Çap et
BİR SAYTLARI VAR İDİ, O DA İŞLƏMİR…
DİA.AZ: - Məlumdur ki, dövlət strukturlarının internet səhifələrinin olması həm də vacib bir şərt əhəmiyyətindədir. Amma deyəsən, bu heç də əksər rayon icra hakimiyyətləri üçün belə deyil. Belə ki, bu gün bir çox rayon icra hakimiyyətlərinin veb-səhifələri ayda-ildə bir dəfə yenilənir. Hətta elələri var ki, bir dəfə yaradılıb, həmin gün məlumatlar yerləşdirilib və ümumiyyətlə yenilənmir.
DİA.AZ bildirir ki, ən acınacaqlı durumda olanı isə Qazax rayon icra hakimiyyətinin internet səhifəsidir. Bu rayonun rəhbərliyi deyəsən, ümumiyyətlə, saytlarını bağlamaq qərarına gəliblər.
Hər halda, rayon icra hakimiyyətlərinin rəsmi saytları jurnalistlər üçün çox ciddi qaynaqdır. Çünki icra başçıları əksər hallarda mətbuat işçilərinin telefonlarını qaldırmadıqlarından onların nə işlə məşğul olmalarından xəbər almaq üçün icra hakimiyyətlərinin veb-səhifələri əsas mənbə rolunu oynamaqdadır.
Görünür, Qazaz rayon icra hakimiyyəti mətbuat qarışıq, cəmiyyəti də bu «xoşbəxtlikdən» məhrum etməyi məsləhət bilib…