RƏQİBLƏRİ ELDAR HƏSƏNOVU BİTİRİR
Tarix: 7-10-2013, 09:12 |
Çap et
Balkan ölkələrindəki səfirimiz Eldar Həsənovun seçkidən sonra həbsi reallaşa bilər. AZERİNFO.ORG-a verilən xəbərə görə, səfirin rəqibləri artıq ciddi nəticə əldə ediblər.
Son ana qədər haqqında səsləndirilən ittihamları rədd edən Eldar Həsənovdan fərqli olaraq, Bakıdakı emissarları edilən təzyiqə davam gətirə bilməyiblər. Bu barədə verilən xəbərdə deyilir ki, içərisində millət vəkili Fərhad Qəribovun da olduğu bildirilən Eldar Həsənov komandası sonunda təslim bayrağını qaldırıb.
Başqa səbəblərlə həbs olunan Həsənov tərəfdarlarının ifadə zamanı etdikləri etirafları səfirlə bərabər Bakıdakı adamlarını da təhlükəyə atıb. Səfirin o insanları xilas etmək imkanı qalmadığından hazırda özünü qurtarmağa çalışdığı vurğulanır.
Mənbəmiz bildirir ki, Eldar Həsənov hazırda Bakıdakı rəqibləri ilə barışıq əldə edilməsinə çalışır. Lakin qarşı tərəfin səfir problemini birdəfəlik həll etmək istədikləri vurğulanmaqdadır.