HANSI BAŞÇILAR SEÇKİ GÜNÜNƏ HAZIR DEYİL?
Tarix: 7-10-2013, 09:32 |
Çap et
PROBLEMLƏR YAŞANA BİLƏR: BAŞÇILAR BUNUNLA BAĞLI KİV-Ə AĞIZ AÇDI
DİA.AZ: - Prezident seçkilərinə sanılı günlər qalıb. Artıq siyasilərin efir davası (debat demək mümkün deyil -red.) da geridə qalıb. Tək qalanı 9 oktyabr tarixində səslərin verilməsi və sayılmasıdır. Amma burada problemlər də yaşanıla bilər. Bu barədə DİA.AZ-a maraqlı informasiyalar daxil olub.
Bilgili qaynaqlardan redaksiyamıza ötürülən informasiyada bildirilir ki, bu gün bir sıra rayonların icra hakimiyyətləri, seçki qurumları heç də 9 oktyabr tarixinə tədarüklü deyillər və bu məsələ də hakimiyyətin üst dairələrində narazılıqla qarşılanıb.
Məlumatlı mənbə iddia edir ki, konkret olaraq Bakının Xətai, Sabunçu, Xəzər və Səbail rayonlarında ciddi problemlər mövcuddur: «Bu rayonların icra başçıları hətta bir sıra mətbu qurumlara yardım üçün də müraciət ediblər. Buna səbəbsə ortaya çıxacaq problemlərin ictimailəşməsinin bəri başdan önlənməsidir».
Mənbəmiz bildirir ki, məhz bu məqamlarla əlaqədar həmin 4 rayonun icra başçısına xüsusi xəbərdarlıq edilib: «Eyni zamanda daha 7 əyalət rayonunda da anoloji problem yaşanılır».