AZAD RƏHİMOVA QARŞI SEÇKİQABAĞI ŞOK İDDİA
Tarix: 7-10-2013, 15:14 | Çap et
DİA.AZ: - Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə, dövlət investisiyaları tərəfindən həyata keçirilən layihələr üzərində nəzarət olduqca vacibdir. Buna səbəb isə Azad Rəhimovun əvvəlki illərdə həyata keçirdiyi (dövlət vəsaitləri hesabına!) layihələrdə korrupsiya ehtimalının yüksək olması və nəticədə projelərin keyfiyyətsiz reallaşmasıdır. Bunu DİA.AZ-a açıqlamasında adının çəkilməsini istəməyən qaynaq bildirib.Mənbəmiz çoxsaylı faktlara əsaslanaraq hesab edir ki, ölkədə ən uğursuz layihələr həyata keçirən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir.
"Əvvəla, hər il qurumun tikdirdiyi olimpiya komplekslərinin effektiv olmadığı tənqid mövzusu olsa da, bu istiqamətdə ayrılan xərclər daha da şişir. Bu da Rəhimovun rəhbərlik etdiyi sahədə mənimsəmələrin olduğuna dair KİV-in yazdıqlarının və müstəqil ekspert rəylərinin əsassız olmadığını ortaya qoyur. Eyni zamanda başqa bir çox faktlar da var ki, Gənclər və İdman Nazirliyinin dövlət vəsaiti hesabına il ərzində həyata keçirdiyi və ya həyata keçirməyə davam etdiyi layihələrə ayrılan pulların taleyindən ciddi narahatlıq keçirməyə əsas verir".
Xatırladaq ki, bu il Rəhimovun nazirliyinə 2013-cü ildə ölkənin idman hazırlığına əsaslı vəsait qoyuluşundan 336 milyon 421 min manat ayrılması proqnozlaşdırılıb. Redaksiyamız araşdırmalar nəticəsində bəzi layihələr barədə bilgilər əldə edib:- Bakı şəhərində Su İdman Sarayının layihələndirilməsi və tikintisi üçün 40 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə 5 milyon manat ayrılıb.
- Gimnastika Kompleksinin tikintisinə cari ildə 30 milyon manat yönəldiləcək. 2008-ci ildən 2012-ci ilədək 56,4 milyon manat artıq xərclənib.
- Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulmasına qoyulan vəsait 80 milyon manata yaxınlaşıb.
Olimpiya Komplekslərinə gəlincə, aşağıdakı rayonlar üzrə vəsait ayrılıb:
- Qax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 4 milyon manat, 2008-2012-ci illərdə 7,3 milyon manat;
- Şirvan şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə 6,6 milyon manat. Ötən il 7,5 milyon manat xərclənib.
- Göygöl şəhərində kompleks tikintisinə ötən il də daxil olmaqla 13,2 milyon manat;
- Xaçmaz rayonunda İdman Kompleksinin tikintisinə 4,2 milyon manat. Ötən ilə isə 9 milyon manat;
- Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Tərtər, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman Komplekslərinin hər birinin tikintisinə 1 milyon manat;
- Lənkəran Olimpiya İdman Komplekslərinin yenidən qurulmasına 2,5 milyon manat;
- Respublika İdman Tibb Mərkəzinin tikintisinə isə 5 milyon manat ayrılması nəzərdə tutulub.
Bundan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və tikintisi xərcləri üçün GTN-yə 4,7 milyon manat ayrılıb.
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçiriliməsi ilə bağlı hələ ki, 8 milyon manat nəzərdə tutulub. Qeyd edək ki, bu vəsaitlə gənclərə evlərin tikintisi planlaşdırılır.
Mənbəmiz yaxın keçmişlə bağlı bir neçə fakta əsaslanaraq, 336 milyon manatdan artıq dövlət vəsaitinin Gənclər və İdman Nazirliyi tərəfindən tamamilə təyinati üzrə xərclənəcəyinə ciddi şübhə edir: "Məsələn, Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər Səadət sarayı kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasını xatırlayaq. Bu işi Azad Rəhimov şəxsi nəzarəti altında saxlayıb, proses 7 ilə yaxın davam edib, külli miqdarda dövlət vəsaiti xərclənib. Bu qədər uzunmüddətli təmir-bərpanın özü korrupsiya barədə şübhələnməyə əsas verirdi. O dövrdə mətbuat yazdı ki, Gənclər və İdman Nazirliyinin əvvəlki tender siyahısından belə məlum olur ki, sarayda bərpa işlərini "Sehrbaz" layihə-tikinti şirkəti aparıb. Bildirilirdi ki, bu şirkət gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Sarayda bərpa işlərini bu şirkətə tendersiz verdilər. Həmin şirkət də nazirliyin binasında yerləşir.
Lakin sonradan təmir işlərini Almaniyaya məxsus olduğu deyilən şirkət aparmağa başladı. "Sehrbaz" şirkəti milyonları yedikdən sonra guya sarayda yeni üslub yaratmaq üçün yenidən vəsait ayırdılar. Əslində hər iki şirkət nazirə məxsus idi. Eyni zamanda burada çalışan əcnəbi fəhlələrin maaşı verilmədiyi də bildirilirdi. Bütün bunlar sarayın təmir-bərpasında ciddi maxinasiyalardan danışanların sözlərində həqiqət payının çox olduğunu söyləməyə kifayət edir. Və yaxud, 40 milyon manata təmir edilən Tofiq Bəhramov adına Respublika stadionunda açılışdan üç ay sonra problemlər yaranması, - məsələn, media sektorundakı plitələrin çökməsi! - Rəhimovun nazirliyinin iri pullar hesabına həyata keçirdiyi layihələri necə bitirdiyinin əyani təsdiqidir. Bütün bunlardan sonra gənclər və idman nazirinin bu ilki dövlət investisiyaları ilə necə rəftar etdiyi narahatlıq yaratmaya bilməz. Hesablama Palatası bu nazirliyin həyata keçirdiyi layihələrin auditini gecikmədən və ciddi şəkildə həyata keçirməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|