RƏHMƏTLİKDƏN QALAN “YADİGAR”
Tarix: 21-01-2012, 11:55 |
Çap et
QƏZZAFİNİN SİLAH DOLU ANBARI TAPILIB
Məlumata görə, Beynəlxalq inspektorlar qrupu sabiq Liviya rəhbəri Müəmmar Qəzzafinin kimyəvi silahlarla dolu olan məxfi anbarını aşkar edib.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Liviyanın Ruvaqa şəhərindəki bazasında tapdıqları iprit və artileriya sursatlarının qeydiyyatdan keçmədiyini bildiriblər.
Ölkədə kimyəvi silah axtarışını tapmaq təşəbbüsünü inspektorlar belə bir anbarların mövcudluğu haqqında məlumat əldə etdikdən sonra irəli sürüblər.
Qeyd edək ki, Qəzzafi hökuməti 2004-cü ildə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv olduqdan sonra qeydiyyata alınmış silahların 50 faizini məhv etmişdi.