"SEÇİCİNİ İNANDIRA BİLMƏDİM"...
Tarix: 10-10-2013, 12:35 |
Çap et
Prezidentliyə namizəd Araz Əlizadə də 40 mindən az səs toplayan prezidentliyə namizədlər arasındadır. Mərkəzi Seçki Komissiyasının bu gün saat 11:30-a qədər olan məlumatına görə, o, cəmi 31 min 750 səs toplaya bilib.
A.Əlizadə Hafta.az-a açıqlamasında bunun səbəbi açıqlayıb: “Səbəb odur ki, imza toplamaqla, səsvermə ayrı-ayrı proseslərdi. Bunları eyniləşdirmək olmaz. İmzatoplama kampaniyasında imza verirlər ki, seçkilərdə iştirak edəsən. Əgər seçiciləri inandıra bilirsənsə, daha çox səs verirlər. İnandıra bilməsən, səs vermirlər”.
“Siz seçicini inandıra bilmədinizmi?” - sualına prezidentliyə namizədin cavabı belə oldu: “Yəqin ki, seçicini inandıra bilmədiyim üçün belə oldu. İnandıra bilsəydim, daha çox səs toplayardım”.