![Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu](/uploads/posts/2016-11/thumbs/1479967163_0001.jpg)
Dünən gecə saatlarında Azərbaycan Gürcüstan sərhəddinin “Sınıq Körpü” keçid məntəqəsində qalmaqal baş verib. Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi məlumatda bildirilir ki, qalmaqala səbəb bir qrup Qarabağ Müharibəsi əlillərinin Gürcüstandan gətirdikləri naringi və bananın ölkəyə buraxılmaması olub.
![Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu](/uploads/posts/2016-11/1479967209_01.jpg)
Buna etiraz edən əlillər avtomobillərində olan meyvəni məntəqinin həyətinə töküblər. Vəziyyətin qarışdığını görən, Gömrük-keçid məntəqəsinin rəhbərliyi əraziyə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarını dəvət edib.
Mənbəmiz onu da bildirib ki, qalmaqala görə, idxal gömrül xətti bir neçə saat bağlanıb.
Əlavə bilgilərimiz olacaq.