Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
![Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739455698_0001.jpg) Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir. Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb. Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir: “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a deyib ki, uzun illər Qarabağ, Şərqi Zəngəzur Ermənistan və erməni separatçıları tərəfindən işğal altında saxlanıldı:
"Azərbaycanın ən münbit əraziləri və fayda götürə biləcəyimiz torpaqlar məhz bu ərazilərdə yerləşirdi. Bu torpaqların da Azərbaycanın nəzarətində olmaması iqtisadiyyata çox böyük ziyan vurdu. Nəticə etibarilə 1 milyon məcburi köçkün olması da dəymiş zərəri qat-qat artırdı. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsi ilə bağlı xeyli potensialın olsa da, biz bunu istifadə edə bilmirdik. Eyni zamanda fabrik və zavodların da tamamilə dağıdılması və Azərbaycan iqtisadiyyatına heç bir fayda verməməsi də göz önündə idi. Lakin torpaqlarımızı işğaldan azad etdikdən sonra ən qısa zamanda mövcud iqtisadiyyata inteqrasiya etməsi üçün lazımi tədbirlər həyata keçirildi və indi də davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu üçün vacib olan bütün yolların qurulması, enerji xətlərinin çəkilməsi, xüsusi nəqliyyat şəbəkələrinin formalaşdırılmasını reallaşdırdıq. Zəngilan və Füzuli hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq hava limanının isə açılışı həyata keçiriləcək".
Deputat əlavə edib ki, sözügedən ərazilərdə iqlim şəraitinin ağırlığı bizim işimizi çətinləşdirsə də, isti havalarda belə hərəkətin mümkünlüyünü təmin edəcək və dünyada ən müasir yollar inşa edilib: "İlk növbədə meşə massivinin inşası, müasir tələblərə cavab verən fermer təsərrüfatlarının yaradılması, həmçinin zamanında hansı sahə üzrə ixtisaslaşmış ərazilərdə ənənəyə uyğun qalaraq fabrik və zavodların inşası reallaşacaq. İşğaldan azad olunmuş torpaqlarda müəyyən müddətlik vergidən azad edilmiş texnoparkların əsasının qoyuldu. Bütün bunlar növbəti onillikdə həm bu ərazilərin, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını tamamilə möhkəmləndirəcək. Nəticədə Azərbaycan iqtisadiyyatının gücünə güc qatılacaq. Məhz 3 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən fermerlərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arıçılığın həmin bölgələrə köçürülməsinə şahidlik edirik. Həmçinin mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı ilə bərabər, həm də məşğulluğu dövlət tərəfindən təmin olunacaq. Bir sözlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır, o cümlədən təxirəsalınmaz tədbirlər keçirilir".
SHERG.az
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
|