ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                     Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` .....                     "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" .....                     Oğuzun Calud kəndinin yararsız yolu .....                     Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb .....                     MİDA-nın adından istifadə edənlər ifşa olunub .....                     Namiq Əlizadə vəzifəsindən ayrıldı .....                     Azərbaycanda 700 minə Quran satılır .....                     AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir .....                 

"Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik" - İSTİNTAQ AKTINDAN
Tarix: 2-02-2017, 10:03 | Çap et
"Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik"
MTN generallarının işi üzrə istintaqda keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov dindirilərkən açıq şəkildə deyib ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxurdu.Ona görə də E. Mahmudov nə desə, onu eləyirdi. Dediyinə görə, özlərinə əlavə problem yaratmamaq üçün E. Mahmudovun tələb etdiyi qaydada MTN-ə hər ay 150 min manat pul göndərirdi. “Eldar Mahmudovun mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edəcəyindən, hansısa xırda nöqsanı ictimailəşdirməklə, nüfuzuma xələl gətirəcəyindən ehtiyatlanırdım. Ona görə də Eldar Mahmudovla prinsip, qarşıdurma yaratmamaq üçün hər ay MTN-ə müəyyən məbləğdə pul verməsi haqda rəhbərlik etdiyim nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova göstəriş vermişdim”, – Əli Abbasovun istintaqa ifadəsindəndi.
“Mahmudov ölkə rəhbərliyinə belə məlumat vermişdi”
Keçmiş nazirin sözlərinə görə, Eldar Mahmudov, hətta Rabitə və Yüksək Texnologiyalar nazirliyindəki təyinatlara da qoşulub. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Nəriman Salmanovu vəzifədən çıxartdırıb, onun yerinə öz yaxın qohumu olan Beytulla Hüseynovu təyin elətdirib. Ə. Abbasov deyir ki, Eldar Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun müxalifət liderlərindən biriylə yaxın olması haqda məlumat çatdırıb:
“Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə N. Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, E. Mahmudov ölkə rəhbərliyinə N. Salmanovun guya, hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə N. Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım. Ardınca da E. Mahmudovun xahişi və təkidi ilə Beytulla Hüseynovu həmin vəzifəyə təyin etdim. Bundan da təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla, elə onun özünə məxsus “Kristal Plazada”dakı restoranda görüşüb birlikdə yemək yedik.
Amma işlədiyi müddətdə Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasını bilməmişəm. Həmin yuvalarının bir qisminin zəruri telefon əlaqələri üçün, qalan hissəsinin isə hansı məqsədlə istifadə olunması barədə heç bir məlumatım olmayıb”.
Mahmudovun qohumlarının vəzifəyə təyinatı bununla bitməyib. Əli Abbasov bir müddət sonra E. Mahmudovun əmisi oğlu Mahmud Mahmudovu “Azərpoçt” MMC-nin tərkibində olan Mərkəzi xüsusi rabitə idarəsinin direktoru təyin edib.
“Nazir mənə məktub göstərdi, dedim ki, yalandı”
Müxalifət lideriylə əlaqədə suçlanıb, vəzifəsindən azad edilən Nəriman Salmanov sonradan Yasamal Telefon Qovşağının rəisi təyin olunub. 2010-cu ildən isə Sabunçu rayonunda eyni vəzifədə işləyir. Prokurorluqda onun özünü də dindiriblər. Deyib ki, o, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olanda Beytulla Hüseynov Xətai Telefon Qovşağının rəisi idi. O zaman B. Hüseynovun özünün xahişi, nazir Əli Abbasovun da razılığı ilə onu Yasamal rayonunun Telefon Qovşağının rəisi təyin edib. E. Mahmudov nazir təyin olunandan az sonra xüsusi əməliyyatla Sabunçu Telefon Qovşağının Adəm adlı rəisini həbs elətdirib. O adam da əvvəllər “Bakı Telefon Rabitəsi” İB-nin rəisi olub:
“Adəm o vəzifədə işlədiyi dövrdə Eldar Mahmudovla intriqaları vardı. Adəmin həbsi ərəfəsində Beytulla Hüseynovla görüşdə bildim ki, o, Eldar Mahmudovla qohumdu. 2004-cü ilin sentyabr ayının əvvəllərində nazir Əli Abbasov məni otağına çağırdı. Dedi ki, müxalifətçi olmağım barədə MTN-dən məktub daxil olub. Məktubu da uzaqdan göstərib işdən azad edilməyimə dair ərizə yazmağı tələb etdi. Ə. Abbasova bu məlumatın yalan olduğunu bildirdim, araşdırmağa vaxt verməyi xahiş etdim. Amma 15-20 gün sonra nazir yenə məni çağırıb dedi ki, artıq bacara bilmir, çıxılmaz vəziyyətdədir. Onu da məcbur edirlər. Ona görə də vəzifədən azad olunmağım haqda ərizə yazdım. Yeddi aya yaxın sərəncamda qaldım. 2015-ci ilin aprelində E. Mahmudovun xahişi ilə mənim yerimə Beytulla Hüseynov təyin olundu. Ondan bir neçə gün sonra isə məni Yasamal Telefon Qovşağına göndərdilər. 2005-ci ildən sonra Beytulla Hüseynovla münasibətlərimiz soyuq olub”.
Nəriman Salmanov onu da bildirib ki, “Bakı Telefon Rabitəsi” İB-nin rəhbəri olduğu dövrdə otağında təxminən 4 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyir: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.
\\gununsesi.info\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13
Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09
SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07
Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54
"Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52
Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru