Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                 

Həbsə atılmış sahibkarın ailəsi evindən çıxarılır - GİLEY
Tarix: 26-02-2018, 12:03 | Çap et
Həbsə atılmış sahibkarın ailəsi evindən çıxarılır
Yasamal rayon sakini Sevda Süleymanova naməlum şəxslərin hücumuna məruz qalıb. Bu iddia ilə “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçinin sözlərinə görə özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən şəxs əlbir olduğu yüksək vəzifəli şəxslərin sifarişi ilə gecə onun evinə basqın edib. Evə basqın edən şəxs mənzilin ona məxsus olduğunu iddia edərək, qadının evdən çıxmasını tələb edib. Qeyd edək ki, hazırda Sevda Süleymanovanın yaşadığı mənzil Ali Məhkəmənin qərarı ilə ona verilən qeyri-yaşayış sahəsidir.

Gecə evinə basqın edildi...

Şikayətçi deyib ki, evinə basqın edilən gün təqribən saat 12:14 radələrində evinin qapısı döyülüb. Kim olduğunu soruşub. Şəxs Fövqəladə Hallar Nazirliyinin işçisi olduğunu söyləyərək mənzilin qeyri-yaşayış sahəsi olduğuna görə yoxlanışa göndərildiyini deyib:

“Özünü Vüqar deyə təqdim etdi. Ondan sənəd tələb etdim. Sənədini bu dəfə gətirmədiyini və evdə videokameraların olub-olmadığını soruşdu. O an anladım ki, bu kimlərinsə göstərişi ilə gəlib. Mühafizəçi Səxavətlə əlaqə saxladım. Belə bir adamın bura gəlmədiyini və tanımadığını söylədi. Əslində neçə ildir ki, eyni oyun məhz mühafizəçilər tərəfindən başıma açılır. Şəxs getdi, amma nə biləydim ki, başıma 20 Yanvar kimi dəhşətli olay gətiriləcək. Gecə 1-ə 5-10 dəqiqə işləmiş pəncərələr şiddətlə, vəhşicəsinə çırpılmağa başladı. Sanki zəlzələ oldu. Yanımda qalan Lətifə xanımla qapını çırpan şəxsin kim olduğunu soruşsaq da cavab verən olmadı. Qapını açıb həyəti gözdən keçirdik. Heç kim yox idi.

Mühafizəçidən bu vəhşiliyi törədənin kimliyini soruşduq, xəbərsiz olduğunu dedi. Mənzilə girmək istəyəndə isə qapının içəridən bağlandığını gördüm. Fevral ayının soyuğunda, gecə paltarında küçədə köməksiz qalmışdıq. Xocalı faciəsində ermənilərin xalqımızın başına vəhşicəsinə, qəddarcasına gətirdikləri müsibəti başıma gətirmişdilər. Əmlakımı zəbt edib içəridə rahatcasına oturan şəxsdən isə səs-səmir çıxmırdı. 102 qaynar xəttinə məlumat versəm də, gələn olmadı”.

Şikayətçi əlavə edib ki, evinə daxil olan şəxs mənzilin ona məxsus olduğunu əsas gətirirdi: “102 qaynar xəttindən soraq gəlmədi. Tanış və qohumlardan bürünmək üçün geyim filan gətizdirdik. Ard-arda 102-yə zəng etdikdən sonra Çevik Polis Alayının əməkdaşları gəldi. İçəridəki ilə danışıqlar aparırdılar. Belə bəlli oldu ki, bu məsələdə hamısı əlbirdir. Orxan, Orxan deyərək ondan qapını və ya pəncərəni açmağı xahiş edirdilər. Orxan isə pəncərədən öz mənzilində oturduğunu söylədi. Bu arada evin sənədləri, əşyalarım, qızıl və pullarım mənzildə qaldığı üçün içəri girməyimə şərait yaradılmasını tələb etdim. Amma Çevik Alay Polisinin əməkdaşları buna məhəl qoymayaraq, əksinə, onlarla getməyim üçün mənə zor tətbiq etməyə başladılar. Halbuki mənzilimə zorla daxil olan şəxs də bizimlə birgə bölməyə getməliydi. Haqlı qaldığı yerdə haqsızı müdafiə edirdilər. Məcbur olub Respublika Baş Prokurorluğunun qaynar xətti, Yasamal rayon prokurorluğu ilə əlaqə yaratdım. Vəziyyətin nə yerdə olduğunu hüquq-mühafizə orqanlarına heç cür izah edə bilmirdim. Vəziyyətin belə olduğunu görüb intihara cəhd etdim. Amma bunun da qarşısı alındı”.

Qara avtomobilin sahibi kimdi?

Həmin vaxt Sevda Süleymanovanın gözünə yaxınlıqda dayanan 10 LO 900 GMC YUKON seriyalı qara rəngli maşın sataşıb. Qadının yadına düşüb ki, Ali Məhkəmənin qərarı ilə ona verilən evə köçdükdən sonra həmin avtomobillə və Yasamal rayon polis işçiləri ilə birgə gələn şəxslər evlə bağlı onu tez-tez incidirmişlər. Qadının iddiasına görə həmin avtomobilin sahibi vəzifə sahibi olduğu üçün gizlənir.

Hadisədən sonra Yasamal rayon prokuroru qadını qəbul edib və sənədləri gözdən keçirib. Prokuror şikayətçiyə onlara ərizə ilə müraciət etməyi tövsiyə edib. Həmçinin, qarşı tərəfə xəbər göndərib ki, Ali Məhkəmənin məlum qərarı ilə razı deyilsə, rəsmi şəkildə məhkəməyə müraciət etsin.

Şikayətçinin iddiasına görə əslində Orxanın soyadı Həsənov, atasının adı isə Natiqdir:

“Üzərinə həbs qoyulan mənzil Çingiz Hacızadəyə satılıb və çıxarış verilib. Halbuki Ali Məhkəmənin qərarı ilə mənzil mənə verilib. Bu adam muzdla öz yerinə Orxan Həsənovu mənzilimə göndərib və təzyiqlərlə evi ələ keçirməyə çalışır. Mən hüquq-mühafizə orqanlarına Ali Məhkəmənin qərarını, iyul 2017-ci ildən 1 saylı Bakı İnzibati məhkəməsinin geriyə dönüş Bakı ərazi idarəsinin rəisi Ş.Şahvəlovun geriyə dönüşə əsasən göndərdiyi, Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinə, yəni Natiq Əzizova, Çingiz Hacızadəyə və Süleymanov Qüvvətəliyə göndərdiyi sənədi, eləcə də 2016-cı ildə yanvar və aprel ayında Yasamal rayon məhkəməsinin həmin qeyri- yaşayış sahəsinə qoyduğu həbs qərardadlarını təqdim etmişəm. Qərardadda qeyd olunur ki, məhkəmələr bitənə qədər həmin mənzilə həbs qoyulsun. Amma bu qərardadları pozaraq həmin qeyri-yaşayış sahələri addan-ada satılıb. Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbovun da sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı imzası təsdiqlənmiş sərəncamı da polisə təqdim etmişəm”.

Sevda Süleymanova deyib ki, evinin ələ keçirilməsi ssenarisində Yasin Cabbarov, Yasamal rayon polis idarəsinin İlyas adında əməkdaşı, binanın komendantı Natiq Rəfiyev, eləcə də hazırda mühafizəçi işləyən Səxavət də iştirakçıdırlar. Aidiyyatı orqanlara üzünü tutan qadın onlardan məsələnin ədalətli həllinə nail olması üçün səslənib və evinə basqın edən şəxslərin cəzalandırılmasını tələb edib. Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov ərinin keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21. 10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58
“İlkin həyatımı xilas edib”
Bu gün, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru