Bu yolla Qəbələyə turist cəlb etmək yox, turist qaçırmaq olar... - FAKT
Tarix: 16-03-2018, 11:07 | Çap et
 Qəbələdə özünəməxsusluğu ilə seçilən, yüz illiklərin sınağından çıxmış Nic bazarı fəaliyyət göstərir. Bu bazara ətraf rayonlarla yanaşı, Gürcüstandan, eləcə də Dağıstandan satıcılar gələrək ticarətlə məşğul olurlar. Bazar ancaq həftənin istirahət günləri fəaliyyət göstərir və on minlərlə insana xidmət edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən bazarda olub və məkanın hazırkı vəziyyəti ilə tanış olub. Nic bazarı həm qədim ticarət məkanı olması, həm də qiymətlərin münasibliyi ilə diqqət çəkir.
Bununla yanaşı, bazarda antisanitar vəziyyət baş alıb gedir. Bazarın baytarı isə məkandakı bu xoşagəlməz vəziyyəti görməməzlikdən gələrək, vəziyyətin yüksək səviyyədə olmasından ağızdolusu danışır. Halbuki, ət kəsimi və satışı üçün nəzərdə tutulmuş yerlərə daxil olduqda qarşılaşdığımız antisanitar vəziyyət və ət məhsullarının yerdə olması hər şeyi açıq-aşkar ortaya qoyur.
Bir neçə il bundan əvvəl məhz antisanitar vəziyyətin baş alıb getməsi səbəbindən bazar bağlanmışdı. Lakin çoxsaylı insanların müraciəti, eləcə də tarixiliyi nəzərə alınaraq bazarın fəaliyyəti bərpa olunmuşdu. Həmçinin aidiyyatı qurumlar tərəfindən bazardakı xoşagəlməz vəziyyətlə bağlı bazar sahibinə son xəbərdarlıq edilmişdi.

Bütün bunlara baxmayaraq, kimlərinsə qazanc əldə etmək arzusu, heç bir xərc sərf etmədən bazarı genişləndirmək arzusu ucbatından insanlar hazırda antisanitar şəraitdə bazardan alış-veriş edirlər.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Şöbəsi də bazardakı mövcud xoşagəlməz vəziyyətlə tanışdır. Şöbənin baş həkimi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, 2017-ci ildə həmin sahibkarlıq subyektinə 2 dəfə, 2018-ci ildə isə 1 dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.
Bundan başqa, bazar ətrafında bir neçə dəfə reyd keçirilib və yoxlama olub. Amma yoxlamaların dayandırılması səbəbindən, hazırda ərazidəki vəziyyəti araşdırmaq mümkün deyil.
Qeyd edək ki, 200 illik tarixə malik bazara minlərlə alıcı ilə yanaşı, maraq üçün turistlər də axın edir. Bazarın bu vəziyyətdə fəaliyyət göstərməsi, antisanitar vəziyyətin hökm sürməsi heç bir qonaq və turist tərəfindən xoş qarşılanmır.
Ümid edirik ki, bazar sahibi ən azından bu tarixi məkana üz tutan xarici qonaqları nəzərə alıb, bazardakı vəziyyətin yaxşılaşdırılması üçün lazımi tədbirlər görəcək.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Bu gün, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Bu gün, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Bu gün, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Bu gün, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Bu gün, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Bu gün, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Bu gün, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Bu gün, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Bu gün, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Bu gün, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Bu gün, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Bu gün, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Bu gün, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Bu gün, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Bu gün, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
|