"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                 

Əbülfəs Qarayevin daha bir əlaltısı ittiham olunur... - Şəmkirdə də sular bulanıqdır...
Tarix: 13-05-2020, 09:48 | Çap et
Əbülfəs Qarayevin daha bir əlaltısı ittiham olunur...
Sabiq vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Höccət Əsədullayev haqqında ictimai rəy belədir ki, o, çox çevik, gözüaçıq adamdır. Pul haradadırsa, Höccət də oradadır. Tərəddüd etmədən biznesdən QHT-yə, oradan da müsabiqəsiz-filansız dövlət qulluğuna keçid ala bilir.
O vaxt hamıya maraqlı gəlmişdi, görəsən, Şəmkir Regional Mədəniyyət İdarəsinin hansı özəllikləri bu idarənin rəisi vəzifəsini Əsədullayevə cazibədar göstərib. İnandırıcı deyildi ki, indi aldığı maaş keçmiş nazirin ailə holdinqi sayılan “Synergy Group» ASC-nin Biznesin İnkişafı üzrə menecerinin aldığı məvacibdən üstün olsun. Aydın məsələydi ki, ortada başqa faktorlar vardır. Həmin faktorları sadalamağa keçməzdən əvvəl bir tarixçəni yada salmaq istəyirik. Etibarlı mənbədən öyrənmişik ki, H.Əsədullayevin qaynatası vaxtilə Bakının Nərimanov rayon İcraiyyə Komitəsində I katib vəzifəsində işləyəndə Əbülfəs Qarayev də onun rəhbərliyi altında çalışıbmış. «Çörək itirməyən» Ə.Qarayevin gözü daim keçmiş rəhbərinin kürəkəninin üstündə olub. Qarayev bir müddət onu nazir həmkarı F.Məmmədova «əmanət edib». Regional idarələr yarananda isə fürsəti dəyərləndirərək, Höccət Əsədullayevi artıq ona «doğmalaşmış», «cikinə-bikinə» yaxşı bələd olduğu Şəmkir rayonunda «babat» vəzifəyə yerləşdirib. Xatırladaq ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin tərkibinə Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının mədəniyyət bazalarında olan idarələr daxildir. Rəis vəzifəsinə təyin olunan kimi özünün kadr islahatına başlayan H.Əsədullayev irəli sürdüyü şərtlərə əməl etməyən, «qılıncına boyun əyməyən» mədəniyyət işçilərini vəzifəsindən qovmağa başladı. Onun kadr siyasətindən narazı qalanlarla məhkəmə çəkişməsi uzun sürdü.
Məhz H.Əsədullayevin rəhbər vəzifəyə gəlməsi ilə Şəmkirin və yuxarıda adları çəkilən digər rayonların mədəniyyət müəssisələrinin müdirlərinin qara günləri başladı. Musiqi məktəblərində müəllimlərin dərs bölgüsündə ədalət prinsipləri pozuldu. Məktəblərə tutumlarından artıq sayda şagird qəbulu göstərilməsi, adları kağız üzərində gedən, de-fakto işləməyən mədəniyyət işçilərinin, musiqi müəllimlərinin maaş kartlarının rəislərinin cibində olması, səyyar klublar, mobil kitabxanalar işləməyə-işləməyə onları «daşıyan» nəqliyyat vasitələrinə ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının silinməsi, yumşaq və sərt inventar və avadanlıqların dəyişdirilməsi adı ilə səmərəsiz xərclərə yol verilməsi, mədəniyyət müəssisələrinə gerçək ehtiyacları üzrə deyil, məhz onların rəhbərləri ilə korruptiv sövdələşmələr əsasında maliyyə vəsaitinin ayrılması və sair bu kimi neqativ hallar çoxaldı. Aşkar müşahidə olunur ki, kənd musiqi məktəblərində otaqların məhdud sayı və tutumu ilə şagirdlərin sayı arasında böyük fərq var. Şəraitsizliyə baxmayaraq, hər il məktəbə çoxlu sayda şagird qəbul olunduğu göstərilir. Məqsəd süni surətdə şagird sayının və ona adekvat olaraq dərs yükünün artıq göstərilməsi yolu ilə məktəbə mümkün qədər çox maliyyə vəsaitinin ayrılmasına nail olmaq, sonra da öz aralarında «pay-püşk» etməkdir.
Əgər günü bu gün Hesablama Palatası, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi Şəmkir Regional İdarəsi üzrə Höccət Əsədullayevin hakimiyyəti dövründə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı audit yoxlaması aparsa, məlum olar ki, Mədəniyyət və Turizm Nazirliyinin 1993-cü il iyunun 30-da təsdiq etdiyi «7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı»nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb. Obyektiv araşdırılsa, aşkarlanar ki, Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)» məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Qərarının tələblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş «Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nın tələblərinə əməl edilməyərək artıq əməkhaqqı ödənilib, «Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları»nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait xərclənib, «Azərbaycan Respublikası vahid büdcə təsnifatı»nın tələblərinə əməl edilməyərək təyinatdankənar vəsait israf olunub. Dəqiq yoxlanılsa, həmçinin, üzə çıxar ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun, «Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat»ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma keçirilmədən vəsait xərclənib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib, bağlanmış satınalma müqavilələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib. Təftiş keçirilsə, hətta ötəri, vizual müşahidədən bəlli olar ki, İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda «Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat»ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb və s. Bir sözlə, mənbənin verdiyi məlumatlar əsasında deyə bilərik ki, Höccət müəllimin höccətliyi hesabına onun aylıq gəlirinin miqdarı təqribən 70-80 min manat civarındadır.
Etibarlı mənbədən aldığımız məlumata görə, Fazil Məmmədovun «günəşinin qürub etməsi» səbəbindən Əsədullayev də özünə başqa havadarlar tapıb. Ətəyindən yapışdığı şəxslərdən biri də 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi, 2014-cü ilin iyul ayından 2018-ci ilin iyun ayınadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Rafiq Bayramovdur. Rafiq müəllimin əsas işi regional idarə rəislərinə vaxtaşırı (hər ay) yerinə yetirməli olduqları qeyri-leqal öhdəlikləri xatırlatmaqdan ibarətdir. Onunla ortaq olan bir “vacib” fiqur da Nazirliyin baş mühasibi Sima xanımdır ki, hansı idarəyə nə qədər maliyyə vəsaitinin ayrılmasında söz sahibidir. Prinsip çox sadədir: Hansı idarədən çox “otkat” qayıdırsa, ona da çox pul ayırılır. Təzadlı hal budur ki, bu siyasətlə ayaqlaşmağı bacaran idarələr məhz o idarələrdir ki, tabeçiliyində olan müəssisələrin çoxu işləmirlər. Yəni, yerlərdə klubların, kitabxanaların qapısının bağlı qalması lazımdır ki, onlara ayrılan vəsaitlər (istər pul, istər yanacaq və s.) sərf edilməyə-edilməyə kağız üzərində “təyinatı üzrə istifadə olunmuş” kimi göstərilsin, silinib mənimsənilsin. Məktəblərdə isə dərslərin heç keçilməməsi lazımdır ki, yazılan 24 dərs saatının ən azı 12-sinin pulu “yuxarıya” qaytarılsın, müəllim də işləməyə-işləməyə ona əmək stajı yazılması ilə qane olsun. Boyun əyməyənlərin dərs saatları kəsilir, müvafiq olaraq maliyyə təminatı azaldılır, özü də davamlı şəkildə, bir ildə iki-üç dəfə. Üstəgəl, həmin o az miqdarda dərs saatlarını məhz məktəbdə keçirmələri üçün nəzarət gücləndirilir. Müəllimlər regional idarənin rəisi tərəfindən yürüdülən bu dözülməz korruptiv siyasətdən, rayon nümayəndəlikləri arasında aparılan ayrı-seçkilik münasibətindən narazıdırlar. Haqlı olaraq etiraz edirlər ki, ölkə başçısı cənab İlham Əliyev vaxtaşırı olaraq əmək haqqlarının artırılması ilə qayğılandığı halda, Regional idarə maaşların artmış hissəsinin də xeyli qismini geri tələb edir. Məsələn, əgər maaşda 30 faiz artım olubsa, 10 faizlik hissə geri tələb olunur.
Maliyyə təminatı ən çox “qayçılanmaya” məruz qalan idarə isə Ağstafa Regional Mədəniyyət İdarəsidir. Çünki bu idarənin əhatə etdiyi zonaya aid rayonların mədəniyyət müəssisələrin rəhbərlərindən, məktəb direktorları və müəllimlərdən “otkat” yığmaq çətindir.
Hərçənd, Rafiq Bayramovun idarə rəisləri vasitəsilə ötürülən tələblərini yerinə yetirmək üçün “dünyası dağılan” müəssisə rəhbərləri də az deyil. Yerlərdə, ələlxüsus da Şəmkir Regional İdarəsinin tabeçiliyində olan musiqi məktəblərinin direktorları, klub və kitabxana müdirləri arasında vəzifədə qalmaq, “taqsa”nı ödəmək üçün borca girən, əmlakını banka girov qoyub yuxarı faizlə kredit götürən şəxslər də çoxdur. Hətta müflis olub intihar həddinə çatanların da olduğu deyilir.
Nazir müavini Rafiq Bayramovun gözüaçıqlıqda idarə rəisi Höccət Əsədullayevdən geri qaldığını düşünmək sadəlövhlük olardı. O da zamanın nəbzini tutmağı bacardığından islahatların çağırışına uyğun olaraq Prezident Administrasiyasında özünə havadar tapıb. Həmin şəxs barədə əlahiddə yazımız olacaq.
Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru