Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                 

Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Tarix: Bu gün, 10:10 | Çap et
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb...
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın “Avrasiya İttifaqı” yaradılması ilə bağlı danışıqlar apardığını rəsmən təsdiqləyib. Dövlət Dumasında çıxışı zamanı o, Kremlin Avrasiya qitəsinin bütün ölkələrini birləşdirən bir təşkilatın yaradılması konsepsiyasını irəli sürdüyünü və onu həyata keçirmək üçün praktik addımlar atdığını söyləyib.

“Bəllidir ki, Afrikada Afrika Birliyi var, hansı ki, qitə ölkələrini birləşdirir. Latın Amerikasında Latın Amerikası və Karib dənizinin birliyi, həmçinin onların ümumi mədəniyyət təşkilatı var. ATƏT Avro-Atlantik konsepsiyaya əsaslanır. Eləcə də çoxsaylı subregional qurumlar, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri (ASEAN) birliyi, Fars körfəzinin ərəb dövlətlərinin əməkdaşlıq şurası daxil olmaqla çoxsaylı subregional qurumlar mövcuddur. Avrasiyada belə bir qurum yoxdur. Təbii ki, bir-birinə bitişik olan qitənin bütün ölkələrinin təmsil olunacağı bir forum da yoxdur. Artıq bu işə başlamışıq, qonşularımızla yeni müqavilələr bağlayırıq və əlaqələri inkişaf etdiririk”, - Lavrov bildirib.

Nazir Rusiyanın MDB ölkələri və qitədəki tərəfdaşlarla intensiv siyasi dialoq apardığını da vurğulayıb. “Yeni Müsavat” xatırladır ki, bu yaxınlarda “Financial Times” nəşri ötən ilin aprelində Rusiya hökumətinin məxfi hesabatını əldə etmişdi. Sənədə görə, Moskva Avrasiyada özünün lider mövqe tutacağı yeni hərbi-siyasi və iqtisadi mərkəzi yaratmağı hədəfləyib. Ötən ilin noyabrında Rusiya və Belarus müvafiq Xartiyanın əsas müddəalarını hazırlayıb. Hazırda sənədin son versiyası üzərində iş gedir. Eyni zamanda MDB ölkələrini bu prosesə cəlb etmək üçün müəyyən diplomatik-siyasi fəaliyyət həyata keçirilir.

Diqqətçəkicidir ki, ötən şənbə - fevralın 22-də Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ iclasda müzakirə edilən mövzulardan biri də “MDB-də ən yaxın tərəfdaşlarla əlaqələrin inkişafı və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər” olub... Heç şübhəsiz ki, Ukraynadakı taktiki hərbi uğurlar, Trampın Putinə qarşı görünməmiş loyallığı Moskvanı bu layihəni reallaşdırmağa daha da ruhlandıracaq. Bəs Azərbaycanın plana münasibəti necədir və ya necə olmalıdır? Ona qoşulmalıyıqmı, əgər söhbət faktiki altdan-altdan SSR-ni hansısa yeni formada bərpa eləmək niyyətindən gedirsə.

“Rusiya heç zaman imperiya ambisiyalarını gizlətməyib. Ona görə Lavrovun sözləri sürpriz deyil. Elə Ukraynaya hücum da sovet ittifaqını yeni modeldə bərpa etmək, postsovet məkanında ağalığı gücləndirmək istəyi idi, amma burnu ovuldu”, - deyə “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli belə şərh edib. Onun sözlərinə görə, Ukrayna da ittifaqa qoşulacaqdı, üç slavyan ölkəsinin blokuna digər keçmiş sovet respublikaları da yaxınlaşmaq məcburiyyətində qalacaqdı: “İndi bunu reallaşdırması mümkün deyil. Əvvəla, strateji mövqeyi zəifləyib, üstəgəl, Çindən asılılığı artıb, BRİKS-də nəsə etməyə çalışır. O nöqteyi-nəzərdən, Avrasiya İttifaqı qurması mümkün görünmür. ABŞ Rusiyanı təcriddən ona görə çıxarır ki, sözəbaxan və xammal ölkəsi olaraq qalsın, daha çevrəsinə hədə-qorxu gəlməsin”.

Q.Hüseynlinin fikrincə, əgər Avrasiya İttifaqı yaranarsa, Cənubi Qafqaz ölkələri orada olmayacaq: “Avrasiya İqtisadi İttifaqı var, Ermənistandan başqa kim üzvdür? O da indi Avropa İttifaqına üzvlük üçün qanun layihəsini parlamentdə təsdiqləyib. Yəni bu təşkilatın bir də siyasi platforma kimi meydana çıxması perspektivli görünmür. Azərbaycan Türk Dövlətləri Təşkilatına qoşulub, Orta Asiya ölkələri də bu platformaya üstünlük verir, odur ki, Lavrovun və Kremlin arzuları gözündə qalacaq. Özünüz təsəvvür edin, hazırkı Paşinyan iqtidarı Avrasiya İttifaqına qoşularmı? Gürcüstanla ərazisi işğal olunduğu üçün münasibətlər rəsmi səviyyədə düşmənçilikdir, faktiki olaraq, rəsmi Tiflis Rusiyanın olduğu yerlərə getmir. Misal üçün 3+3 layihəsi var, Gürcüstan Rusiya orada olduğuna görə regional layihədə iştirak etmək istəmir. Bu mənada, Lavrovun nə deməsindən asılı olmayaraq, reallıqları qiymətləndirmək lazımdır. Rusiyanın Avrasiya İttifaqı ideyası gorbagor oldu. Buna da əsas səbəb Ukrayna müharibəsinin nəticələridir. İndi rusları əvvəlki qədər eşitmirlər, əksinə, onun ətrafına ehtiyacı artıb. Bir sözlə, biz Turan çətiri altındayıq, gürcülər və ermənilər avrointeqrasiya yolundadır, Rusiyanın bölgəni yenidən buxovlamaq, öz istədiyi şəkildə cilalamaq planları həyata keçə bilməz. Əvvəlki dönəm olsaydı, bəlkə nəyəsə nail olardı".

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Rusiya bu həvəsini heç zaman itirməyəcək, amma zəifləməsi fonunda gerçəkləşdirə bilməyəcək: “Lavrov indi özü Türkiyəyə gedib, itirdikləri Suriyanı və Ukraynanı müzakirə edirlər. Hər ikisini itirib. Ukrayna xalqı heç zaman Rusiya ilə mehriban olmayacaq. Suriya da əldən gedib və Avrasiya İttifaqı bloku qurmaq istəyən dövlətin diplomatı indi Türkiyədə itirilmiş mövqelər barədə danışır. Güclü olmaq üçün ağıllı siyasət yürütmək lazımdır. Rusiyanın qabaq tərzi isə işləmir və heç zaman qonşuları üçün cəlbedici olmur. Ölkələr o zaman bir alyansda birləşirlər ki, səmimi əməkdaşlıq, mehriban münasibətlər var. Rusiya isə təhdid edərək, təzyiqlə bu ölkələri Avrasiya İttifaqında görmək istəyir. Belə dəvət olmur. Çünki Rusiya ətrafı üçün maraqlı deyil. Əgər yaxşı olsaydı, ölkələr Avropa İttifaqına can atmazdılar. Axı Rusiya yaxşı nə vəd edir? Ona görə də özü izolyasiya vəziyyətindən çıxmağa çalışan Rusiyanın hədəflərini həyata keçirməsi üfüqdə belə görünmür”.

Siyasi şərhçinin fikrincə, bundan sonrakı Rusiya sanksiyalardan canını xilas etmək istəyən ölkə olacaq və dəhlizlər axtarışını davam etdirəcək: “Rusiyaya Avrasiya İttifaqı deyil, iqtisadi nəfəslik lazımdır. Hətta Avrasiya İqtisadi Birliyi də onun dadına çatmır. Avropa Birliyi 17-ci sanksiya paketini hazırlayır. Hər nə qədər etiraf etməsələr də, iqtisadiyyat ciddi zərbələr alıb. Ukrayna bataqlığındakı Rusiyanı bundan sonra düşdüyü vəziyyətdən çıxmaq, itkilərini bərpa dövrü gözləyir. Yəni sınıq-salxaq vəziyyətə saldılar, yordular, asılılığını artırdılar, indi deyirlər ki, get, başını aşağı sal öz problemlərini həll elə, daha kiməsə hərbə-zorba gəlmə. Rusiya hegemon güc deyil, Trampın bəyanatlarında hiylə görünür. Onun Rusiyanı gözükölgəli etmək niyyəti var”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru