"Şahin Həsənov bizdən pul tələb edir..." - NARAZILIQ
Tarix: 19-06-2020, 10:16 | Çap et
 Koronavirus səbəbindən bütün iş yerləri bağlanıb, əhalidə pul yoxdur, heç yerdən gəlir əldə edə bilmirik. Lakin buna baxmayaraq, 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Şahin Həsənov bizdən pul tələb edir. Əks halda bizi evə buraxmayacağı, hətta karsa salacağı ilə hədələyir”.
Bu fikirlər XEBER.ORG-a adlarının açıqlanmasını istəməyən Masallı rayonunda yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidməti 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkumun adından daxil olan şikayət məktubunda öz əksini tapıb.
Məhkumların sözlərinə görə, müəssisə rəhbərliyi elə şərait yaradıb ki, onlar cəzalarının yüngülləşdirilməsindən peşmançılıq hissi keçirirlər: “Məlumdur ki, cəzaçəkmə müəssisələrində cəzalarını nümunəvi çəkən və müsbət xasiyyətnamə alan məhkumlar rayon məhkəmələrinin qərarı ilə cəzalarının yerdə qalan hissəsini Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrində (MTCM) çəkirlər. Ancaq 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov elə sistem yaradıb ki, nəinki cəzamız yüngülləşib, əksinə, daha da ağırlaşıb. Dərdimizi deməyə də adam tapmırıq. O, bizim hamımızı hədələyir, qanunsuz olaraq rüşvət verməyə təhrik edir. Əvvəlcədən tarixsiz sənədlərə qol çəkdirir, hər hansı problem yarananda yeni tarixlə həmin sənədləri ortaya çıxarır. Sənədləri saxtalaşdırmaqla məhkumları hüquqsuz duruma salır”.
“Müəssisədə hər şeyin öz qiyməti var” deyən məhkumlar bildirir ki, aylıq 130-150 manat müqabilində məhkumlara ailələrin yanına getməyə, hardasa çalışmağa icazə verilir. Halbuki qanunvericilikdə məhkumlara mənzil şəraiti olduqda, cəzaçəkmə müəssisəsi müdiriyyətinin icazəsi ilə müəssisəyə yaxın ərazidə öz ailələri ilə birlikdə yaşamağa, yaşayış yeri əldə etməyə və şəxsi təsərrüfat yaratmağa icazə verilir. Eyni zamanda məhkumlar 1500-2000 manat qeyri-rəsmi ödəniş edilməyə məcbur edilir, bunu etməyənlər isə bütün imtiyazlardan məhrum olunur. Rəhbəri olduğu 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsini paytaxtdan idarə edən Ş.Həsənov ayda cəmi bir neçə gün Masallıda olur. Müəssisədəki işlərini isə müavini Elnur vasitəsilə həyata keçirir.
Məhkumların sözlərinə görə, Şahin Həsənov 11 saylı MTCM-ə rəis təyinatı alana qədər Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ondan öncə isə 16 saylı cəzaçəkmə müəssisəsi rəisi olub . “Qaniçən rəis” ləqəbi ilə bütün Cəzaçəkmə Müəssisələrində ad çıxaran Ş.Həsənov 16 cəzaçəkmə müəssisəsində rəis olarkən həbs olunmaq təhlükəsi ilə üzləşib. Məhkumlar ona etiraz olaraq aclıq aksiyası keçirib, “bunt”a qalxıblar. Bundan sonra isə onu ucqar Masallıya təhkim edirlər.
Masallıda da analoji fəaliyyətini davam etdirən Ş.Həsənov yüzlərlə məhkumun heysiyyatı ilə oynayaraq, onları intihara sürükləyir. Məhkumlar aiddiyatı qurumların məsələyə qarışmasını, Şahin Həsənovun zülmünə son qoymağı tələb edirlər: “Bizim hər birimiz bir ailənin başçısı, bu vətənin övladıyıq. Törətdiyimiz əmələ görə, cəzamızı da çəkmişik. Məhkumlar da adamdır və bizi təhqir etməyə, aşağılamağa heç kimin ixtiyarı yoxdur. Koronavirus bütün dünyanı bürüyüb, bu vəziyyətdə hardan pul tapaq ki, Şahin Həsənova da ondan verək? Ailələrimiz maddi sıxıntı içərisində olduğu halda kimdən borc alaq ki, Ş.Həsənovun qəzəbinə tuş gəlməyək? İndi elə bir dövrdür ki, adama borc verən də yoxdur”.
Məhkumlar portalımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, 11 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqları aradan qaldırmağa, məhkumları Şahin Həsənovun zülmündən qorumağa səsləyirlər.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07 |
|
|
|
• “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03 |
|
|
|
• Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00 |
|
|
|
• “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33 |
|
|
|
• Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30 |
|
|
|
• Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26 |
|
|
|
• Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20 |
|
|
|
• Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
• "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13 |
|
|
|
• Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07 |
|
|
|
• Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02 |
|
|
|
• 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57 |
|
|
|
• Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52 |
|
|
|
• Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49 |
|
|
|
• “Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46 |
|
|
|
• Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40 |
|
|
|
• Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18 |
|
|
|
• “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10 |
|
|
|
• Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54 |
|
|
|
• Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• 3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41 |
|
|
|
• Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40 |
|
|
|
• Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
• Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30 |
|
|
|
• “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27 |
|
|
|
• Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• "Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13 |
|
|
|
• Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09 |
|
|
|
|