Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...
Tarix: 17-04-2021, 10:29 | Çap et
 Təhminə Zeynalova 11-ci sinifi bu il bitirir. Qarşıda onu buraxılış imtahanı gözləyir. Deyir ki, zaman daraldıqca həyəcanı daha da artır. Axı, pandemiyaya görə məktəbə doğru-dürüst gədə bilməyib. Deyir ki, kaş bunu nəzərə alıb, sualları bir az asan edəydilər:
“Əsas riyaziyyatdan sualların asanlaşdırılmasını istəyirdim. Ən çətin mənə riyaziyyat gəlir. Əyani dərslə, onlayn dərslər eyni deyil. Hələ elə uşaqlar vardı ki, internet və ya kompüteri yox idi”.
Ötən ilin martından Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi elan olunub. Məktəblərdə dərslər onlayn keçirilib.
Məsələ təkcə sualları sadələşdirməkdə deyil
Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov hesab edir ki, imtahanların sadələşdirilməsi ədalət prinsipi baxımından olduqca önəmlidir:
“Azərbaycanda bu il 85 min şagird məktəbə getmədən məzun olacaq. Bu ciddi bir məsələdir. İkincisi təkcə Bakı və Sumqayıtda şagirdlərin 75 faizi onlayn dərslərdə iştirak edib. Bu o deməkdir ki, azı 25 faiz şagird dərslərə qatıla bilməyib və ya keyfiyyətli təhsil ala bilməyib. Məhz bu faktorlar test tapşırıqlarının asanlaşdırılmasını labüd edir. Bilirsiniz, məsələ tək sadələşdirmə deyil, məsələ ədalət prinsipidir. Yəni, kiminsə kompüteri, interneti varsa dərslərə qatıla bilib. Maddi imkanı olmayanlar dərslərdən kənar qalıb. Biz onlar üçün ədalət prinsipini qorumalıyıq”.
Buraxılış imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, bütün bu məsələlər nəzərə alınıb. Həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanları sadələşdirilib:
“11-ci sinifin birinci yarım ilində keçilən mövzulardan suallar hazırlanacaq. İkinci yarım ildə keçirilən mövzulara dair suallar isə daha aşağı siniflər səviyyəsinə uyğun qaydada soruşulacaq. Yəni, mövzular bir qayda olaraq sadədən mürəkkəbə doğru keçilir. Ona görə, məsələn, 11-ci sinfin ikinci yarısında keçilən hər hansı bir mövzunun sadə forması əslində 10 və ya 9-cu sinifdə öyrədilib. İmtahan zamanı bütün bunlar nəzərə alınacaq və suallar həmin o proqrama əsasən tərtib olunacaq”.
Dünyanın bəzi ölkələrində də imtahan sualları sadələşdirilib, amma bəzilərində hələ də ortaq məxrəcə gələ bilməyiblər.
ABŞ-da orta məktəblər üzrə buraxılış imtahanıları ilə bağlı ciddi fikir ayrılığı var. Bir çox ştatlar bu imtahanların ümumiyyətlə ləğvini təklif etsə də, ABŞ prezidenti Co Bayden administrasiyası qərar verib ki, 2021-ci ildə buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi qalsın. Nyu York ştatı bu qərarın əleyhinə çıxıb və buraxılış imtahanlarında fənlərin çoxunun ləğv ediləcəyini açıqlayıb.
ABŞ-ın Şimalı Korolina ştatında orta məktəb müəlliməsi Rebeka Ril isə deyir ki, onların məktəbində imtahanlarda hər hansı dəyişiklik gözlənilmir:
“Yox, bizim məktəbdə imtahan tələblərində bir dəyişiklik yoxdur. Ötən il pandemiyaya görə məktəblər yeni bağlananda bizim bəzi çətinliklərimiz oldu. Amma sonradan şagirdlərimiz kompüter və internetlə təmin olundu. Müəllimlər də onlayn dərslərin keçirilməsi metodikasını inkişaf etdirdi ki, şagirdlər dərsləri mənimsəyə bilsinlər. Bizim məktəb bu kimi dəyişikliklər apardı, imtahan tələbləri lə bağlı dəyişikliklər etmədi”.
Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov deyir ki, onlayn dərslərdə tədris proqramını şagirdlərə tam mənimsədə bilməyib. Deyir ki, burda da əsas əngəl texniki problemlər olub. O da sualların sadələşdirilməsinin tərəfdardır:
“Ucqarlarda və internetə çıxışı olmayan, kompüteri olmayan şagirdlərdə problemlər yarandı. Yəni, təhsilin əlçatanlığı prinsipinə əsas sualların aşağı sinif dərsliklərinə salınması daha məqsədəuyğun olardı”.
Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanına dünən, aprelin 15-dən başlanıb. Dünən və bu gün ümumilikdə respublikanın 25 şəhər və rayonunda imtahanlar keçirilib. Növbəti imtahan günü isə 22-23 apreldə olacaq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13 |
|
|
|
• İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07 |
|
|
|
• Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04 |
|
|
|
• "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03 |
|
|
|
• Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00 |
|
|
|
• ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56 |
|
|
|
• "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52 |
|
|
|
• "Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50 |
|
|
|
• "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46 |
|
|
|
• “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44 |
|
|
|
• Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41 |
|
|
|
• `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38 |
|
|
|
• Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29 |
|
|
|
• Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26 |
|
|
|
• Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20 |
|
|
|
• Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12 |
|
|
|
• Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11 |
|
|
|
• Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08 |
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
• Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43 |
|
|
|
• Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37 |
|
|
|
• Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36 |
|
|
|
• Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30 |
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13 |
|
|
|
|