
Azərbaycanda daha bir məktəb direktorunun rüşvətlə bağlı səs yazısı yayılıb.
DİA.AZ bildirir ki, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib.
Eyni zamanda, direktor səsdə pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən bildirilib ki, səs yazısı ilə bağlı məsələ hazırda araşdırılır:
“Direktorun səs yazısı ilə bağlı məsələ araşdırılır. İlkin məlumat olanda yayımlayacayıq”.
Həmin səs yazısını təqdim edirik: