Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                 

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı... - Binəva vətəndaş...
Tarix: 16-06-2023, 10:35 | Çap et
Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...
“Qobu Park” yaşayış kompleksinin sakinləri 1 ilə yaxındır ki, binaların qəzalı vəziyyətdə olduğunu, sakinlərin həyatı üçün təhlükə daşıdığını deyirlər.

“5 ildir tikilib, bu 5 ildə binanın biri əyilib sağa, biri sola. Biz burda qorxa-qorxa necə yaşayaq? Camaat təlaş içindədir. Bir belə təhlükədən qoruna-qoruna gəlib bura çıxmışıq, burada da belə…”

Bunları “Qobu Park” yaşayış kompleksinin sakini, Ağdamdan məcburi köçkün Nizami Namazov deyir. Onun sözlərinə görə, şəhərcikdə bir neçə bina əyilib, kanalizasiya, su boruları sıradan çıxıb, elektrik kabelləri qırılıb, sakinlər təlaş içindədirlər.

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...

Bakının Qaradağ rayonu ərazisində yerşələn “Qobu Park” yaşayış kompleksi birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlər üçün inşa edilib. Şəhərcik üç hissədən ibarətdir – “Qobu Park”, “Qobu Park-1”, “Qobu Park-2”. Müvafiq olaraq 2018, 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hazırda yaşayış kompleksində əsasən Laçın, Ağdam və Cəbrayıl rayonlarından köçkün düşmüş ümumilikdə 3600-dən çox ailə məskunlaşıb.

“Guya boruları düzəldirdilər, elektrik xətlərini də qırdılar”

Yaşayış kompleksi istismara təhvil veriləndən az sonra sakinlər yaranan ciddi problemlərdən şikayətlənməyə başlayıblar. Əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sakinlərin sözlərinə görə, su və kanalizasiya borularından axan su və çirkab həyətləri basmaqla yanaşı, həm də binaların zirzəmilərinə dolub. Daha sonra kanalizasiya və su xətləri təmir edildiyi zaman yanlışlıqla elektrik xətləri kəsilib. Şəhərcikdə hələ də su və elektrik verilişində fasilələr yaranır. Kanalizasiyanın çirkab suları küçələrə axır.

“Köhnə boruları gətirib salıblar binaların altına, indi də dəyişmək istəyirlər, əksinə, daha da ziyan vurublar, işıqların kabellərini qırıq-qırıq ediblər. Camaatın çoxu qalıb liftdə. Biri düşə bilmir, biri qalxa bilmir. İşıq sönəndən sonra həyat olmur burda. Su da gəlmir, qalırsan belə, di gəl yaşa”, – Nizami Namazov şikayətlənir.

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...

Laçın köçkünü Rəşid Dünyamalıyev deyir ki, bitməyən təmir-tikinri işləri üzündən şəhərcikdə toz-torpaq da bitmir:

“Hər səhəri texnikaların səsi ilə açırıq. Heç bir ekoloji prosedurlara da əməl edilmir. Aparılan qazıntılar havanın çirklənməsinə səbəb olur, tozla nəfəs alırıq, mənzillərin içinə qədər toz dolur. İçdiyimiz su da çirklidir. Təmir işlərinə görə suyu tez-tez kəsirlər. Yenidən buraxanda kranı açıb yarım saat gözləməliyik ki, çirkab axıb getsin, su durulsun”.


“Möhkəmləndirilməsi üçün binaların altı betonla doldurulur”
Mart ayında sakinlər ilk olaraq “Qobu Park-2”də yerləşən 17 saylı binanın əyilib qəzalı vəziyyətə düşməsi ilə bağlı həyəcan təbili çalıblar. Həmin vaxt ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Rüfət Quliyev “Baku TV”yə müsahibəsində bildirib ki, binanın zirzəmisinə dolan su onun əyilməsinə səbəb olub.

“Binanın arxasında kanalizasiya borusunun deşilməsi nəticəsində binanın zirzəmisinə bir ildən çox su gedib və binanın altını boşaldıb. İndi dəliklər açılır, həmin su çıxarılır və binanın altı saf sementlə doldurulur”, – o deyib.

Mart ayında “Qobu Park” layihəsini həyata keçirən “Kristal Abşeron” MTK-nın iş icraçısı Eldar Məmmədov “Baku TV”yə bildirmişdi ki, əyilən binada həyat əhəmiyyətli heç bir təhlükə yoxdur.

“Sakinlər evlərində rahat yaşaya bilərlər. Binanın təməlinin yüngül oturması, uzun müddət altına su işləməsi ilə bağlıdır əyilmə. Həmin su xətləri binadan kənarlaşdırılıb. İndi də binanın möhkəmləndirilməsi, gələcək fəsadların qarşısının alınması üçün binanın ətrafına və altına beton inyeksiya olunur”, – deyə o bildirmişdi.

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...

“Əyilən binaların sayı artıb”
Amma üzərindən üç ay keçsə də, şəhərcikdə təmir-bərpa işləri hələ bitməyib, kanalizasiya, su və elektrik xətləri hələ də düzəlməyib, binalarda əyilmə davam edir. Üstəlik yalnız “Qobu Park-2”dəki 17 saylı binada yox. Sakinlərin bildirdiyinə görə, “Qobu Park-1”də 4 və 8 saylı, “Qobu Park-2”də 16 saylı binalarda da əyilmə müşahidə olunur.

Adlarının çəkilməsini istəməyən müəllimlər şəhərcikdə yerləşən Ağdam şəhər 32 saylı məktəb binasının damının çökmə təhlükəsinin olduğunu da deyirlər.

Şəhərcikdə olduğumuz zaman texnikanın işlədiyinə, küçələrdən çirkab sularının axdığına, sözügedən binaların əyildiyinə, 32 saylı məktəb binasının damında zədələrin əmələ gəldiyinə bilavasitə şahid olduq.


“Qobu Park-1”də yerləşən 8 saylı binanın təməlinin möhkəmləndirilməsi üçün zirzəmisinə yeridilən beton isə yaxınlıqda yerləşən sözügedən məktəbin binasının ərazisindən çıxmağa başlayıb.

“Burada binalar tikilməmişdən əvvəl yeraltı kanallar vardı, onları doldurmuşdular. Görünür ki, yaxşı doldurmayıblar, binaların altına su dolduğu zaman da bu kanalları yuyub yenidən boşaldıb. Binanın altına beton doldurulduğu zaman çox güman ki, həmin kanallar vasitəsilə gedib məktəbdən çıxıb”, – sakinlərdən biri izah edir.

“Kristal Abşeron” MTK-dan isə bir daha bildirdilər ki, “Qobu Park” yaşayış kompleksində heç bir binada həyati təhlükə kəsb edən vəziyyət yoxdur. Konkret binalarla bağlı suallara gəlincə, şirkətin özünü təqdim etməyən xanım əməkdaşı artıq zəruri məlumatı mediaya verdiklərini dedi:

“Yaşayış kompleksində baş verənlərlə bağlı əməkdaşlarımız dəfələrlə münasibət bildiriblər”.

“Əyilmiş bina qəzalı sayılır”

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, problemlərin yaranması binaların çox qısa müddətdə tələsik inşa edilib, istismara verilməsi ilə bağlı ola bilər:

“Çoxmənzilli binaların tikintisi təxminən iki il davam edir, tikildiyi müddətdə mümkün qədər oturur. Eyni zamanda binanın oturması yerin səthindən asılıdır. Əgər bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Əyilmiş bina, əlbəttə ki, təhlükə mənbəyidir. Bina qəzalı sayılır”.

İnşaat işləri üzrə ekspert Nüsrət İbrahimov da bildirib ki, binanın əyilməsinin bir neçə səbəbi ola bilər:

“Binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılmış ola bilər. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində süxurun strukturunun dəyişməsi mümkündür. Bu, insan amili ilə də bağlı ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, bu binalar istifadəyə yararlıdır, ya yox”.

Tikinti üzrə digər ekspert Cavid İsayev isə hesab edir ki, hazırda görülən betonlama işləri problemi həll edə bilməz.

“Binanın alt hissəsində betonlama işlərinin aparılması binanın yararlı olacağı demək deyil. Bu cür işlərin aparılması tam mənasızdır”, – deyə o bildirib.

“Gəldilər, sementlədilər, dedilər daha möhkəm dayanıb. İndi isə haradasa son on gündə yenə bir neçə santimetr əyilmə var. Orada ölçü qoyublar, əyilmənin davam edib-etmədiyini izləmək üçün. Ümumilikdə, 20-25 sm əyilmə var binaların yuxarısında. Qorxu içində yaşayırıq, bilmirik gələcəyimiz necə olacaq. Uçsa, camaat tələf olsa, kim cavab verəcək? Bundansa bizi köçürsünlər başqa yerə, sonra düzəltsinlər binanı. Tam düzəldiyinə əmin olanda yenidən qaytararlar camaatı”, – 17 saylı binada yaşayan Arif Hacıyev deyir.

İnterPosta.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru