Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                 

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir... - BU DA FAKT!!!
Tarix: 7-07-2023, 09:05 | Çap et
Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...
Açığını deyim, Naxçıvanda hələ də iməcliklərin keçirilməsini dünən Prime TV-dəki növbəti debatımız zamanı eşitdim və çox təəccübləndim. Mən elə bilirdim ki, “xan” həzrətləri ilə bərabər iməcliklər də tarixə qovuşub. Sən demə, elə deyilmiş.

Yəqin ki, iməcliklərin istirahət günlərində keçirilməsi heç kimə sirr deyil. Bu isə o deməkdir ki, Naxçıvan əhalisi hələ də istirahət hüququndan istifadə edə bilmir. Halbuki istirahət hüququ Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş ən fundamental insan haqlarından biridir. Konstitusiyanın 37-ci maddəsində deyilir:

“I. Hər kəsin istirahət hüququ vardır.

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir”.

Göründüyü kimi bu maddədə istirahət hüququ deyilərkən əsas 3 prinsip müəyyən olunur: “gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günü”. Bu konstitusion hüquq Azərbaycanın Əmək Məcəlləsinin 104-cü maddəsində daha aydın şəkildə ifadə olunur:

“1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır”.

Deməli, Naxçıvanda vətəndaşların hər həftə sonu zorla iməcliklərə cəlb olunması Konstitusiyanın və Əmək Məcəlləsinin onlara verdiyi istirahət hüququnun kobud şəkildə pozulmasıdır.

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...

Ən dəhşətlisi isə odur ki, iməcliklərə zorla cəlb olunan Naxçıvan camaatı bu xüsusiyyəti ilə nəinki müasir çağımızın, hətta insanlıq tarixinin ən hüquqsuz təbəələri qismində görünürlər. Çünki həftə sonlarının istirahət günü elan olunması, bir çoxlarının düşündüyü kimi, 19 əsrin sonlarında ortaya çıxmayıb. Biz qədim tarixi məxəzlərdə də bu iş vaxtı bölgüsünə rast gəlirik. Məsələn, Tövrata görə, yəhudilər Şabbat günü heç bir iş görməməli, hətta əllərini əmək alətlərinə və pula vurmamalıdırlar. Əks halda bu, bağışlanmaz günah kimi onların əməl dəftərinə yazılacaq və şabbat qanunlarını pozanlar axirətdə bunun hesabını verəcəklər. Tövratın istirahət günündə hətta pul müqabilində işləməyi belə, bu dərəcədə qəti hökmlə qadağan etməsi onu göstərir ki, istirahət hüququnun insanlara verilməsi bəşər tarixində ən qədim dövrlərə qədər gedib çıxır.

Bəs onu da bilirsinizmi ki, Tövrata bu qadağanın əlavə olunması yəhudilərin Fələstin torpaqlarından Babilə sürgün edilməsindən sonrakı dövrlərə düşür? Hardasa 2600 il əvvələ. Belə ki, Yerusəlim bizim eradan əvvəl 600-ci illərdə Babil kralı Nebuchadnezzar tərəfindən işğal olunandan sonra bütün yəhudilər imperatorluğun mərkəzi əyalətlərinə köçürülmüş və bu hadisə onların dini dünyagörüşündə də kəskin qırılmalara yol açmışdı. Məğlubiyyəti öz tanrıları Yəhudanın Babil tanrısı Marduka uduzması kimi alqılayan yəhudilər Babil həyatına inteqrasiya olunmağa başlamış və onların bəzi dini adət-ənənələrini də mənimsəmişlər. Bir çox tarixçilər şabbat günü anlayışının da Babillərdən yəhudilərə keçdiyinə inanırlar. Babillər isə bu inanışı şumerlərdən almışlar. Bugünkü şumer mətnlərində də istirahət günü anlayışının yer alması tarixçilərin bu təsbitini doğrulayır.

Məşhur amerikalı alim Samuel Noah Kramerin ən çox tanınan bir kitabı var: “Tarix şumerlərdən başlayır”. Kitabın adı belə sübut edir ki, bəşər tarixinin başlanğıc nöqtəsi şumerlərdir. Belə çıxır ki, bu gün zavallı Naxçıvan insanının zorla əlindən alınan istirahət hüququ da şumerlərdən başlayır. Şumerlərin b.e.ə. 4-cı minillikdə ortaya çıxıb 2-ci minilliyə qədər hökm sürdüyünü və daha sonra öz ənənələrini Babillərə ötürərək tarixə qovuşduqlarını nəzər alsaq, görərik ki, istirahət hüququnun ən azı 4000-5000 illik yaşı var. Naxçıvana isə bu hüquq hələ də gəlib çıxa bilməyib.

Bir çoxları Naxçıvanda yaşanan bütün neqativ halları onun blokada vəziyyətində qalması ilə izah edirlər. Əslində haqlıdırlar: Naxçıvan təkcə Azərbaycanla əlaqədə blokada vəziyyətində deyil. O, həm də bəşər tarixi ilə blokada vəziyyətindədir. İnsanoğlunun minilliklərlə üst-üstə toplanıb bərqərar olmuş indiki inkişaf mərhələsi nə yazıq ki, Naxçıvandan yan keçib. İstirahət günlərində keçirilən zorən iməcliklər də bunun ən bariz sübutudur.

Heydər Oğuz,
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru