
Valideynlər təhsil idarəsinin qarşısında etiraz ediblər.
“Xırdalanda gündə bir şey ucaldırlar. Amma bir dənə məktəb tikib verə bilmirlər”
DİA.AZ xəbər verir ki, Xırdalan şəhəri, 3 saylı orta məktəbin ibtidai sinif şagirlərinin valideynləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin qarşısına etiraza yığışıblar. Valideynlər deyirlər ki, övladları əvvəlcə 2 saylı məktəbdə oxuyublar. Ötən il məktəb rəhbərliyi onlara bildirib ki, təhsil ocağının şəraiti pis olduğuna görə təmirə dayandırılır və uşaqları bu tədris ilinə qədər 3 saylı orta məktəbə yerləşdiriləcək. Təmirdən sonra uşaqların 2 saylı orta məktəbə qayıdacağı vəd olunsa da, sentyabrda valideynlərə xəbər verilib ki, bu, baş tutmayacaq.
Daha ətraflı aşağıdakı videoda:
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...