Zelenskiyə qarşı çevriliş planı hazırlanır? .....                     Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil .....                     Əmək müqaviləsinə xitam verilərkən .....                     Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi .....                     Norveç Ukraynaya maliyyə yardımını artıracaq .....                     Vens iki həftə əvvəl demişdi... .....                     Dehli bu siyasətini dəyişdirməyəcək .....                     Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                 

Niyə məhz KAPİTAL BANK-dakı hesablarımız QARƏT OLUNUR? - "ƏN ZƏİF BƏND"DİRMİ?
Tarix: 14-06-2024, 11:17 | Çap et
Niyə məhz KAPİTAL BANK-dakı hesablarımız QARƏT OLUNUR?
“Facebook-da qarşıma Kapital Bankın loqosu ilə eyni olan bir reklam kampaniyası çıxdı. Girdim orada tələb olunduğu kimi, telefon nömrəmi, kartın nömrəsini yazdım və şifrəni yazanda onlardan telefonuma kod gəldi. Kod göndəriləndə mən daha da inandım ki, bu, ancaq Kapital Bankdan gələ bilər…”

Bakı sakini İlham Yusifzadə BBC Azərbaycancaya sosial mediada kiber-dələduzlar tərəfindən necə aldadıldığını izah edir. 50 yaşlı müsahibimiz bu ilin aprelində onun Kapital Banka aid kredit kartından 5 min 600 manat vəsaitin oğurlandığını deyir.

“Şifrəni yazanda, mənə bildirildi ki, şifrə doğru deyil və o anda kartım bloklandı. Sonra kartımda olan vəsaitin çəkildiyini gördüm”, - İlham Yusifzadə BBC Azərbaycancaya bildirib.

İlham Yusifzadə son dövrlərdə Azərbaycanda sosial media platformalarında səhifə, kanal və platformalar vasitəsilə kiber-dələduzluqla üzləşmiş onlarla şəxsdən biridir.

Kapital Bankdan BBC Azərbaycancaya bildirilib ki, müxtəlif dələduz qruplar “əhalinin etimadından sui-istifadə edərək banklar adından müştərilərin fərdi məlumatlarını ələ keçirməyə” cəhd göstərirlər. Bank belə şəbəkə hesablarını şikayət etdiyini deyir.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə müxtəlif üsullarla istifadəçilərin aldadılması hallarının gündən-günə artdığını bildirir.

Google YouTube məzmununa icazə varmı?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

“Nə vaxtsa özümün belə bir kampaniyanın qurbanı olacağımı təsəvvür etmirdim”, -ixtisasca hərbçi olan İlham Yusifzadə deyir.

O bildirir ki, həmişə bu cür reklamlar görəndə ailəsinə, qohum-əqrəbasına, tanışlarına bu kampaniyaların fırıldaq olduğunu deyirmiş.

Orijinala bənzəyən və insanları asanlıqla aldadan reklamlar və ya kampaniyalar fişinq adlanır, informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad Əliyev BBC Azərbaycancaya deyib.

Oxford lüğətinə görə, fişinq və ya phishing vebsayt və ya elektron poçt vasitəsi ilə insanların şəxsi məlumatlarını, bank hesab nömrələrini və digər məlumatlarını onlara verməsini təmin etməklə adamlardan pul oğurlamaq fəaliyyətidir.

Kiber dələduzluqda yalnız saxta bank reklamlarından deyil, xaricdə təhsil, onlayn oyunlar, onlayn ticarət kimi digər şirnikləndirici üsullardan da istifadə edilir, Əliyev əlavə edir.

Fişinq qurbanı olmuş İlham Yusifzadə deyir ki, iki il əvvəl oxşar hadisə ilə üzləşsə də, həmin vaxt dələduzlar onun kartından vəsait çıxarmağa nail olmayıblar.

“Həmin vaxt oğlumun internet üzərindən oyun oynaması üçün 20 dollar məbləğində ödəniş etməyimizi istədilər. O vaxt da Kapital Bank kartımdan ödəniş etmək istəyəndə kartım bloklandı, amma heç bir vəsait çıxılmadı”.

İlham Yusifzadəni düşündürən sual isə odur ki, necə olur ki, iki il əvvəl hesabı bank tərəfindən qorunduğu halda, bu dəfə onun kartından pulun çıxarılmasına “icazə veriblər”.

“Bu dəfə kartımdan ilk köçürmə digər bank kartına köçürülüb. Həmin vəsait dərhal yenidən mənim kartıma qaytarılıb və 5 dəqiqə sonra başqa bir Kapital Bank hesabına köçürülüb”, - İlham Yusifzadə bildirib.

Bunu əsas gətirən İlham Yusifzadə iddia edir ki, dələduzluqla məşğul olan səhifəni işlədənlər bankın “indiki və ya keçmiş əməkdaşlarıdır”.

Kapital Bank hər hansı əməkdaşının bu işdə iştirakı ilə bağlı iddialarla razılaşmır və müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün "ciddi qaydalar və prosedurlar" olduğunu deyir.

“Bununla yanaşı əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. ...bankımızla bağlı bugündək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bank əməkdaşının iştirakına rast gəlinməyib”, - Kapital Bankın BBC Azərbaycancaya təqdim etdiyi yazılı cavabında qeyd olunub.

Kapital Bankdan həmçinin bildirilib ki, əgər müştərinin vəsaiti dələduzluq yolu ilə digər Kapital Bank kartına köçürülübsə, həmin müştəri barədə məlumatlar yalnız hüquq mühafizə orqanlarına verilir.

“Qarşı tərəfin məlumatlarını müştəriyə təqdim edilməsi üçün isə mütləq məhkəmə qərarı olmalıdır”, bankın açıqlamasında yazılıb.

Kapital Bankdan bildirilib ki, ödəniş xarici ölkələrə yönəlmiş köçürmə formasında olarsa və müəyyən bir saytın və ya ödənişin yüksək risk daşıdığı sistem tərəfindən aşkarlanarsa, o zaman bu barədə müştəriyə xəbərdarlıq edilir və lazım gəldikdə isə ödəniş və yaxud kart bloklanır.

Ölkədaxili əməliyyatlarda isə 3D təhlükəsizlik kodu tələb olunduğundan bu kodun daxil edilməsilə icra edilən əməliyyatlar şübhəli hesab olunmur, bankdan bildirilib.

Ödəniş kartdan karta olarsa və bu proses kart sahibi tərəfindən kodun daxil edilməsi ilə icra olunarsa, o zaman bloklanma “texniki olaraq mümkün deyil”.

Bunu əsas gətirən bank, bu səbəbdən İlham Yusifzadənin ilk köçürməsinin qarşısının alındığını, lakin digər halda isə köçürmənin qarşısının alınmadığını bildirib.

İlham Yusifzadənin sözlərinə görə, onu aldadan Kapital Bankın oxşar səhifəsi bu gün də sosial şəbəkələrdə aktivdir və “insanları soymağa davam edir”.

Bankın bildirdiyinə görə, təkcə 2023-cü ildən bu günə kimi saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 100-ə yaxın veb-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı şikayət edilərək bağlanılıb.

Fişinqdən necə qorunmalı?
Daxili İşlər Nazirliyi isə son dövrlərdə yaydığı məlumatlarında sosial şəbəkələrdə dələduzluq hallarının geniş yayılması barədə xəbərdarlıq edib.

"Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN sözçüsü Elşad Hacıyev bildirib.

O, məsələn, təkcə bir gündə - may ayının 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu oğurlanmış 23 halı sadalayıb.

DİN rəsmisi kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmağı, onları danışmadan, yazışmadan bloklamağı məsləhət görüb”.

Bundan başqa, xəbərdarlıq edilib ki, kibercinayəti törədənlər insanlarla Azərbaycan dilində ünsiyyət qura bilə, istifadəçilərin məlumatlarını sosial şəbəkə hesablarından götürə, hətta onlarla dostları vasitəsilə əlaqə saxlaya bilərlər.

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev tövsiyə edir ki, vətəndaşlar müştərisi olduqları bankların əməliyyatları, və ya kampaniyaları barədə məlumatları yalnız həmin bankların rəsmi saytından və ya rəsmi sosial şəbəkə hesablarından götürsünlər.

O həmçinin vətəndaşlar arasında bununla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyir.

İlham Yusifzadə indi itirdiyi 5 min 600 manat vəsaiti qaytarmağa çalışır. Bununla bağlı Daxili İşlər Nazirliyinə də yazılı müraciət etdiyini bildirib.

İlham Yusifovun müraciəti ilə bağlı Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, köçürülmə xaricdən həyata keçirilib və hadisə araşdırılır.

İlham Yusifzadə isə kiber dələduzların tapılması üçün mübarizəsini davam etdirəcəyini və məhkəməyə gedəcəyini deyir.

O, ən azından başqalarının da bu tələyə düşməməsini istəyir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru