Dövlət qayğısının ARZUOLUNMAZ SAHİLİ... - O DA YARITMADI...
Tarix: 20-06-2024, 10:11 | Çap et
 Azərbaycanda sosial təminat sahəsinin şikəst edildiyi illərin problemidir. Faciə ondadır ki, ildən-ilə bu sahədə irəliləyiş yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, İsveç və digər yüksək rifahın təmin edildiyi dövlətlərdə sosial şəraitin yaxşılaşması üçün hər il proqramlar qəbul olunur. Halbuki bu ölkələrdə əhalinin yaşayış səviyyəsi o dərəcədə yüksəkdir ki, hökumətlər sosial təminatı yaxşılaşdırmasa belə vətəndaşlar əziyyət çəkməyəcəklər. Çünki maaş və pensiya yüksək, uşaq pulu, o cümlədən digər müavinətlər verilir, bir sözlə, isveçrəli, yaxud avstriyalı bu qayğılar haqda heç düşünə bilmir. Onlar neft-qaz ölkəsi Azərbaycanda XXI əsrin üçüncü onilliyində əhalinin hələ də belə bəsit problemlər girdabında yaşadığını bilsələr təəccüb edərlər. Həqiqətən də bizdə əhalinin elementar sosial problemləri həll olunmayıb: aşağı maaş və pensiya, dolanışıq zəif, uşaq pulu verilmir, pensiyalar kəsilir, qazilər cəmi 80 manat veteran pulu alır, əlillik dərəcəsi almaq ən ağır işgəncə prosesinə çevrilib və bütün bu çətinliklər qalib Azərbaycanda yaşanır. Xüsusən də bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başabəladır. Quruma Sahil Babayevin rəhbər gəldiyi gündən təqaüd alanların, qazilərin, əlilliyi olanların qara günləri başlanıb. Anaxeber.info müşahidə aparıb ki, bütün sosial şəbəkə platformalarında bu nazirlikdən şikayətlərə rast gəlmək mümkündür. İnsanlar bölgələrdən, kəndlərdən, həmçinin, Bakıdan ən müxtəlif problemlərlə əlaqədar video müraciət çəkib sosial media səhifələrinə yerləşdirirlər. Hazırda tik-tok, feysbuk, yutub S.Babayevin sistemindən olan şikayətlərlə dolub-daşır. Ölkədə ikinci belə nazirlik yoxdur ki, kütləvi narazılıq olsun. Hətta deputatlar da zaman-zaman ƏƏSMN-dən olan şikayətləri dilə gətiriblər. Misal üçün Vahid Əhmədov qurumu "pensiya kəsən nazirlik" adlandırıb. Ümumən qurum aztəminatlı təbəqənin heysiyyatı ilə oynayan qərarlar qəbul etməkdən sanki həzz alır. İndiyə qədər Sahil Babayevi və komandasını alqışlayan bir adam olmayıb. Nazirlər Kabinetində ən çox hansı məmurun dəyişməsi barədə ictimai rəy sorğusu keçirilsə, birmənalı şəkildə Sahil Babayev lider olacaq. Bunu özləri də bilirlər, amma sosial təminat sahəsində hər hansı müsbət ideya irəli sürmürlər. Məsələn, pandemiya dönəmində nazirlik özünüməşğulluq proqramı həyata keçirirdi. Bir dəri, bir sümük, xəstə olan heyvanları vətəndaşlara sırıyıb guya onlara dəstək olurdular. Axırda məlum oldu ki, əksəriyyəti heyvanı qaytarır, xəstə qoyun-keçi kimə lazımdır? İndi də o proqramdan xəbər yoxdur, pullar silindi, batdı getdi... Yəni nazirliyin sosial təminat sahəsində əhalini razı salan layihəsi olmayıb. Əvəzində minlərlə insanın göz dikdiyi qəpik-quruş pensiyası kəsilib, uşaq pulunun adını çəkmək belə qadağandır, qazilərin intiharı ara vermir, onların işlə təmin olunması, reabilitasiyası istiqamətində genişmiqyaslı addımlar atılmır. Kəsəsi, bərbad bir idarəetmə mövcuddur. Bununla belə, tədbirlərdən birindən çıxanda görüntülənən nazir Sahil Babayev yan-yörəsindəki adamları, müavinləri ilə birgə elə şəstlə gedir, bahalı avtomobilinə elə özünəvurğunluqla əyləşir, deyərsən, xalqın "Koroğlu"su, xilaskar "Babək"idir. Ancaq tam əksinə, onun üzərində olan geyimlərinin məbləği açıqlanıb və məlum olub ki, bir qazinin aylıq 80 manatı ilə Sahil Babayevin ayaqqabısının bir tayını belə almaq olmaz. Görəsən, Almaniya, Britaniya, Danimarka kimi ölkələrin də nazirləri ilə sıravi vətəndaşları arasında bu qədər uçurum var? Belə ki, nazirin bahalı brend olan "Stefano Ricci"dən geyimi ətrafdakı insanların da diqqətini çəkib. Stefano Ricci"-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi "Stefano Ricci - Polo" modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir. Əlavə şərhə ehtiyac qalmır, qazi sintetik materialdan olan 7 manatlıq köynək də geyinə bilər, əsas odur ki, nazir brend mal geyinsin...
Anaxeber.info

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
|