SUMQAYITDA TORPAQ ZƏBT ETMƏ TAKTİKASI
Tarix: 17-10-2013, 12:42 |
Çap et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionun arxasında ağacların yandırılıb və sonradan kəsilməsi ilə bağlı mətbuatda yayılmış məlumatları operativ reaksiya verib. Ərazi nəzarətə götürülüb, deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətində Turan-a bildiriblər.
Nazirliyin əməkdaşları tərfindən əraziyə baxış keçirilərkən təxminən 800 m2 sahənin yandığı və burada 150 ədəd şam və sərv ağacının yandıqdan sonra kəsildiyi müəyyən edilib. «Yanğın bir neçə gün əvvəl olub və FHN-nin ərazi üzrə Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbi və ağacların kəsilməsində təqsirkar şəxslərin müəyyən edilməsi məqsədi ilə ETSN tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilib”, deyə mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Turan-a bildirib.
Yerli mənbələr bildirir ki, belə hallar əvvəllər də olub və ardınca kommersiya obyektləri tikilib. Eldar Əzizov 2011-ci ilin fevralında Sumqayıt rəhbərliyinə gətiriləndən sonra belə hallar daha tez-tez baş verir. Park və başçalarda, hətta səkilərdə yaşıllıqlar kütləvi şəkildə məhv edilir. İH-də ərazinin satışa hazırlandığını etiraf etmirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyd ediblər ki, sözügedən ərazi tör-töküntülərdən təmizlənib və nazirlik tərəfindən orda ağac əkilir.