ƏLİ HƏSƏNOV DA RUSİYANI HƏDƏLƏDİ
Tarix: 17-10-2013, 15:26 | Çap et
Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Moskvada Orxan Zeynalovun törətdiyi hadisəyə və bir neçə gündür bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirərəkən deyib.
O, qeyd edib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq istənilən cinayət ölkə qanunvericiliyi cərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır: "Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Xüsusilə qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-lərdə nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz".
PA rəsmisi bildirib ki, Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar: "Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Tarixdən də bəllidir ki, bu balansın pozulması həmin ölkələrdə ciddi sarsıntılara, problemlərə səbəb olur. Buna görə də çoxmillətli cəmiyyətlərdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Məsələn, Azərbaycan da Rusiya kimi çoxmillətli dövlətdir. Amma Azərbaycanda cinayətkarın milli və etnik mənsubiyyəti heç vaxt müzakirə mövzusu olmamışdır, milli və dini tolerantlığa xələl gətirə biləcək istənilən cəhdin qarşısı qətiyyətlə alınmışdır. Düşünürəm ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər".
Ə.Həsənov deyib ki, digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır. "Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meylləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaqdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|