RƏHİM RƏHİMLİ NİYƏ AİLƏ QURA BİLMİR?
Tarix: 21-10-2013, 11:04 |
Çap et
Müğənni Rəhim Rəhimli indiyədək ailə qurmamasının səbəblərindən danışıb.
Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Salam, Azərbaycan” verilişinə qonaq olan sənətçi arzuladığı sevgini tapmamaqdan şikayətlənib:
“Bir vaxtlar vətəndaş nikahında yaşadığım xanım var idi. İndi onunla yaşadığım sevgini tapa bilmirəm. Yalnız bir günlük, 5 saatlıq macəralarım olur. Sevənlərimi və sənətimi itirməkdən qorxuram. Mən səhnəni çox sevirəm. Əgər soruşsaydılar ki, səhnə, yoxsa ailə: mən səhnəni seçərdim”.