"AYGÜN BƏYLƏR HƏR GECƏ AĞLAYIR"
Tarix: 22-10-2013, 11:54 |
Çap et
Müğənni Rəhim Rəhimli əməkdar artist Aygün Bəylərin sənətdən getmə səbəblərini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Salam, Azərbaycan” verilişinə qonaq olan Rəhim sənətçinin şou-biznesi qəbul etmədiyi üçün səhnəni tərk etdiyini deyib:
“Habil Əliyev çox gözəl dedi ki, Aygün Bəylərin sənətdən getməyə haqqı yoxdur. O istedadı, səsi gizlətmək olmaz. Aygün xanımla şəxsən tanışlığım var. Əvvəllər oturub söhbətlər edərdik. O, heç vaxt şou-biznes anlayışını qəbul etmirdi. Sənətkarın şou proqramlarda oxumasını xoşlamırdı. Aygün Bəylər ana olduqdan sonra onu gördüm. Üzümə baxıb başını aşağı saldı və həmin söhbətlərimiz yadımıza düşdü. O, övladı üçün, qazanc xətrinə restoranlarda oxuyurdu, maddiyat onu məcbur edirdi. İstəmədiyi şeyləri etməyə qatlandı. Mən indi əminəm ki, Aygün Bəylər hər gecə sənət üçün ağlayır, oxumaq istəyir. Amma razılaşmadığı qanunlara görə səhnədən ayrılmağa qərar verib”.