PARLAMENTDƏ DEPUTATLAR TOQQUŞDU
Tarix: 22-10-2013, 12:37 |
Çap et
“Biz Rusiyanın müstəmləkəsi olmağa daha yaxınıq. Çünki Rusiya əmək miqrantıları mıəsələsini həımişə problem qaldırır”.
“Qafqazinfo” xəbər verir ki bu sözləri millət vəkili Fazil Mustafa bildirib:
“Rusiya Azərbaycana bu yolla təzyiq göndərir. Dövlət səviyyəsində bu məsələyə qiymət verməli və xüsusi qanunun qəbul olunmasına ehtiyac var. Xoş haldır ki, Azərbaycanda yollar körpülər tikilir, inkişaf var. Amma miqrant məsələsinin həll olunmasına ehtiyac var.
Vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafaya cavab olaraq bildirib ki, Azərbaycanda təkcə yollar tikilmir. Həm də iş yerləri, müəssisələr açılır. Bunları da görmək lazımdır.
Sabir Rüstəmxanlı da Rusiyada miqrantlara qarşı baş verən hadisələrə münasibət bildirib. O qeyd edib ki, biz niyə təzədən Rusiyanın müstəmləkəsinə çevrilməliyik ki?
“Bəzən deyirlər ki, Avropa bizə nə verib. Avropa bizim müstəqilliyimnizi tanıyır. Demokratik sistem tələb edir. Bəzi məmurlarımız isə dipolmatik dildə kənar danışırlar. Rusiyada baş verən hadisələr müzakirə olunsun. Bununla bağlı sənəd qəbul olunsun. Rusiyada yaşayan azərbaycanlı milyarderlərin imkanı var ki, Rusiyada bazar tiksinlər. Gedib öz biznesləri ilə bağlı Putinlə müzakirə edirlər. Niyə bu məsələni müzakirə etmirlər? Bütün dünyada rus mafiyası təhlükəyə çevrilib”.