TÜRKİYƏDƏN FRANSAYA CAVAB
Tarix: 24-01-2012, 12:18 |
Çap et
DİPLOMATİK ƏLAQƏLƏR ƏN AŞAĞI SƏVİYYƏYƏ ENDİRİLİR...
Qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul etməsindən sonra Türkiyə Fransaya qarşı bəzi sanksiyalar tətbiq ediləcək.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə AK partiyasının Baş Qərargahında keçirilən toplantıda Fransaya tətbiq ediləcək sanksiyalar müzakirə edilib. Fransaya yönələn iki mərhələli sanksiyalar arasında əsas müzakirə edilənlər bunlardır:
- Bütün beynəlxalq hüquqi yollar araşdırılacaq
- Sanksiyalar müvəqqəti deyil, qalıcı olacaq
- İlk qərarda qısa müddətə geri çəkilən Türkiyənin Fransadakı səfirinin bu dəfə qalıcı olaraq daha uzun müddətə geri çəkilməsi
- İsraillə olduğu kimi diplomatik əlaqələrin ən aşağı səviyyəyə endirilməsi
- Dövlət sifarişlərində fransız firmalarının iştirakının qəti olaraq təmin edilməməsi
- Türkiyənin Fransadakı hərbi ateşesinin geri çağrılması. Fransanın Ankaradakı hərbi ateşesinin akreditasiyasının ləğv edilməsi
- Türk hava sahəsinin fransız hərbi təyyarələrinə bağlanması
- Türk sərhəd sularının fransız hərbi gəmilərinə bağlanması