MERİYA MÜXALİFƏTİN MİTİNQİNƏ İCAZƏ VERƏCƏKMİ?
Tarix: 23-10-2013, 13:31 |
Çap et
Bu barədə İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuranın oktyabrın 27-də mitinq keçirmək üçün müraciət məktubu quruma daxil olub: “Hələ ki, cavab verilməyib. Məktuba baxılır. Cavab hazır olan kimi təşkilatçılarla əlaqə saxlanılıb məlumat veriləcək”.
Qeyd edək ki, Milli Şura oktyabrın 27-də Yasamal rayonu ərazisində yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda aksiya keçirmək üçün Bakı meriyasına müraciət ünvanlayıb.