ALTAY MEHDİYEV TƏKCƏ NAZİR MÜAVİNİ POSTUNDAN ÇIXARILIB
Tarix: 25-10-2013, 12:23 |
Çap et
DİA.AZ: - Az əvvəl məlum oldu ki, Müdafiə Nazirliyinin mətbuat xidməti HHQ komandanı Altay Mehdiyevin əvəz edilməsi ilə bağlı KİV-də yayılan məlumatları təkzib edib. DİA.AZ bildirir ki, MN-nin bu təkzibi maraqlı forması ilə yadda qaldı. Belə ki, "Hərbi Hava Qüvvələrinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatlar həqiqəti əks etdirmir" deyərək yayılan xəbərləri təkzib edən mətbuat xidməti nədənsə Altay Mehdiyevin nazir postunda saxlanılıb-saxlanılmamasına aydınlıq gətirməyib.
Bilridək ki, ötən gün axşam qeyri-rəsmi hərbi mənbələr bildiriblər ki, bu vəzifəyə dövlət başçısının hərbi məsələlər üzrə köməkçisinin müavini, general-mayor Ramiz Tahirov təyin edilib.
DİA.AZ-ın hərbi mənbələrdən özəl olaraq əldə etdiyi informasiyada isə qeyd olunur ki, Altay Çehdiyev nazir müavini vəzifəsindən azad edilsə də, o, HHQ komandanlığında qalır. Mənbə bildirir ki, Altay Mehdiyevin HHQ komandanlığında saxlanılıb-saxlanılmaması məsələsi isə birbaşa olaraq ali baş komandanın səlahiyyətlərinə aiddir.
Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik