İSMƏT ABBASOVUN KADRLARI "VURULUR"?
Tarix: 25-10-2013, 17:18 |
Çap et
Prezident İlham Əliyevin sərəncamı ilə yeni nazir təyanı alanlar artıq kadr islahatlarına start veriblər. Hazırda ilk addımları yeni müdafiə naziri Zakir Həsənov atsa da diğər yeni nazirlərin də kadr islahatları aparacağı qaçılmazdır.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, yeni kənd təsərrüfatı naziri Heydər Əsədov yaxın günlərdə kadr islahatlarına başlayacaq. shahmar7
Həmçinin Heydər Əsədov da İsmət Abbasovun kadrları ilə işləmək niyyətində deyil və artıq öz komandasında görmək istədikləri şəxslərlə danığıqlar aparıb. Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev və Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyev də postunu itirəcək.
Hətta Şahmar Abdullayevin zaman-zaman törətdiyi əməllərinə ğörə, həbs olunması gözlənilir. Hazırda nazirlikdə təhvil-təslim işləri həyata keçirilir. Heydər Əsədov bu işləri əla bildiyindən xırda detallar belə diqqətlə izlənilir.
Məlumat üçün bildirək ki, Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyev eks nazir İsmət Abbasovun baldızı oğludur.