SURİYADA DÖYÜŞƏN VƏHABİLƏRİMİZİN SAYI AÇIQLANDI
Tarix: 29-10-2013, 18:08 | Çap et
Xarici KİV-lər Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassuna isnad edərək, Suriyada döyüşənlər haqda açıqlama yayıb.
Ə.Hassun Bəşər Əsəd rejiminə qarşı hər dövlətdən nə qədər vətəndaşın döyüşməsi haqda rəqəmlər göstərib. Amma baş müfti İran və Livandan B.Əsədə köməyə gələn döyüşçüləri bu siyahıya daxil etməyib.
Ə.Hassun rəqəmləri İngilis Araşdırma İnstitutunun (İAİ) məlumatlarına əsaslanaraq verdiyini bəyan edib.
Beləliklə, Suriyada Səudiyyə Ərəbistanının 8 min, İraqın 6 min, Liviyanın 4500, Tunisin 4 min, Türkiyənin 3800, Misirin 3500, Livanın 3200, Yəmənin 2800, Çeçenistanın 1700, Pakistanın 1500 vətəndaşı döyüşür.
Bu sırada Suriyada Küveytin 900, İordaniyanın 800, Türkmənsitanın 360, Somalinin 350, ABŞ-ın 290, Rusiyanın 250, Əlcəzairin 200, Fasın 200, Eritreyanın 200, Tacikstanın 190, Fransanın 150, Bosniyanin 150, Malayziyanın 140, Kosovanın 140, Almaniyanın 110, Kanadanın 110, Azərbaycanın 100, Albaniyanın 100, İndoneziyanın 100, Böyük Britaniyanın 80, Danimarkanın 80 vətəndaşı döyüşür.
|