ZİYA MƏMMƏDOVUN İŞÇİSİNİ "PRİTONDA" SOYDULAR
Tarix: 1-11-2013, 12:41 |
Çap et
MƏMURUN 3000 MANATI TALANIBDİA.AZ: - Bakıda bir məmurun evli olduğu halda bir balaca əylənmək istəməsi ona baha başa gəlib. Suraxanı rayon Polis İdarəsinə müraciət edən məmur əyləncə mərkəzində 3000 manatının oğurlandığını bildirir.
DİA.AZ bildirir ki, bu barədə "faktxəbər" məlumat yayıb. Portalın yaydığı xəbərər görə, adının gizli qalmasını istəyən şəxs polisə gələrək etiraf edib ki, bir az dincəlmək istəyi ilə Günəşlidəki "Altun" istirahət mərkəzinə gəlir. Gecə orda qalır və səhər saat 11-də ayılanda görür ki, 3000 manatı və gecə yatdığı qadın yoxa çıxdı.
Məsələnin dəhşətli tərəfi isə ondan ibarətdir ki, oğurlandğı iddia edilən pul Nəqliyyat Departamentinə məxsus olub və sürücülərin gündəlik avtobus planları imiş.
Suraxanı polisi məmurun yatdığı 3 uşaq anası olan qadını tapıb, amma pulu yox. Çünki qadın onda belə bir pulun olmadığı söyləyib. Buna görə də polis indi ümumiyyətlə belə bir pulun olub-olmadığı üzərində baş sındırır.