MÜXALİFƏTİN YÜRÜŞÜ TƏXİRƏ SALINDI
Tarix: 26-01-2012, 14:36 |
Çap et
MERİYANIN MÖVQEYİ TƏDBİRİ 30 YANVAR TARİXİNƏ ERTƏLƏNDİRİB
İctimai Palatanın (İP) bu gün Türkiyə səfirliyindən Fransa səfirliyinə qədər yürüş keçirmək planı təxirə salınıb.
Bu barədə APA-ya İP üzvü Gülağa Aslanlı məlumat verib. O, buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İP-in aksiya ilə bağlı məktubuna cavab verməməsini göstərib. G. Aslanlı İP-in Türkiyəyə dəstək məqsədilə yanvarın 30-da aksiya keçirəcəyini bildirib: “Biz həmin gün aksiya keçirməkdə israrlıyıq”.