AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
Tarix: 6-11-2013, 15:53 | Çap et
BİZİ BİRLƏŞDİRƏN VAHİD KONSEPSİYA İŞLƏNMƏLİDİR
DİA.AZ: - Keçən günlərdə ölkədə mövcud olan təhlükə törədə biləcək iki təriqətlə bağlı məlumatları diqqətinizə çatdırdıq. Söhbət Azərbaycan üçün qeyri-ənənəvi hesab olunan vəhabilərdən və nurçulardan gedir. Bildirək ki, hər bir təriqətin arxasında konkret qüvvə dayanır ki, məhz onların sayəsində bu gün nə vəhabilərə «gözün üstə qaşın var» deyən tapılır, nə də nurçulara. Hətta nurçular bir sıra məqamlarda Azərbaycan dövlətinin tərəfdaşı kimi çıxış edərək, dövlətlə ortaq layihələrdə iştiraka qədər məhrəmləşiblər. Bu isə təhlükənin, hər an bizi sanca biləcək ilanın artıq qoynumuza qədər yaxınlaşmasından xəbər verən bir haldır.
Onu da bildirək ki, bu qeyri-ənənəvi dini cərəyanlar Azərbaycanda təkcə nurçuluq və vəhabiliklə yekunlaşmır. Xristianlığın ayrı-ayrı qolları, habelə krişnaizm və digər bu kimi dini cərəyanlar da bu gün dinlərin poliqonuna çevrilən (rəsmilərimiz buna «tolerantlıq» deyir -red.) Azərbaycan üçün xarakterik hesab olunmaqdadır. Bu gün Azərbaycanda Məhəmməd adında inanclı baptistə, Zülfiqar adında krşinaidə, Mustafa adında «Yehova Şahidi»nə rast gəlmək mümkündür.
Təbii ki, demokratiya baxımından hər bir insan istədiyi inanca sahib ola bilər. Amma bu heç də o demək deyil ki, insanlar bu məsələdə başlı-başına buraxılmalıdır. Əgər vəziyyət bu cür özbaşınalıq halına gətirilərsə, dövlət üçün təhlükə hesab olunacaq xaotik vəziyyət yarana bilər ki, artıq Azərbaycan belə bir təhdidin astanasındadır. Bir ölkənin ideoloji müstəvisində xaso hökm sürürsə, həmin ölkənin insanlarının bir çatı altına yığılması imkansızdır və bu da həmin dövlətlər üçün fəlakətdən yaxşı heç nə vəd etmir.
Azərbaycan isə elə bir dövlətlərdəndir ki, onun üzləşdiyi problemlərin böyük əksəriyyəti ümummilli xarakter daşıyır və Azərbaycan insanlarının hər hansı ideya ətrafında parçalanması, bu işə rəvac verilməsi ən böyük cinayət əməli hesab olunmalıdır. Amma yazıqlar olsun ki, bu gün məhz dini zəmində parçalanmaya (bu, real mənzərənin ən yumşaq ifadəsidir) nədən olanların əksəriyyəti səlahiyyət sahibləridir. Hansısa qəpik-quruş qədərli maddiyyat naminə Azərbaycan dövlətinin sütunları təhlükə altına atılır.
DİA.AZ bu dəfəki araşdırmasında kifayət qədər ənənəvi hesab olunan, amma yazıqlar olsun ki, məhz dövlətin bu məsələdə təpərli görünməməsi nədənindən təhlükə hesab olunan inancla - şiəçiliklə bağlı məqamlara toxunacaq. Bu bir faktdır və etiraf olunmalıdır ki, hazırda böyük əksəriyyəti şiə olan Azərbaycan insanları bu inanc-baxış sistemi məsələsində də parçalanıblar. Kimi ağzını açıb İrandakı gerçəkdə fars şovinisti olan mollalardan fətva gözləyir, kimi də Bakıda yasxana mollalarının nəzir qutusu marağından uzağa getməyən və heç bir fəlsəfəsi olmayan faydalanma marağı ilə özünün dini etiqad tələbatını ödəməkdədir.
Belə bir şəraitdə İranın təklif etdiyi yolun daha da şirnikləndirici olduğu heç şübhəsizdir. Ona görə də bu gün yüzlərlə inanclı insanımız hətta dövlətə qarşı getməyi belə göz önünə alır, ağlının ucundan keçirir. Səbəbsə dövlətin müvafiq qurumlarının yerində olmaması, yerində müdaxilə etməməsidir. Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Həcc biznesinə daha diqqətli, daha həssasdır, nəinki dini-ideoloji müstəvidəki boşluqdan yararlanaraq Azərbaycan insanlarının beyinlərini oğurlayan fars-molla rejiminin işləklərinə.
Kim iddia edə bilər ki, bu gün həbsxanalarda «dindar» adı altında saxlanılan və əslində məhz İranla şübhəli əlaqələri səbəbindən hədəfə çevrilən həmin inanclılarla bağlı məsələyə Allahşükür Paşazadənin dairəsindən hər hansısa münasibət bildirilib, reaksiya verilib. Belə bir hadisə olmayıb. Hətta Allahşükür Paşazadənin idarəsi bu kimi halları lənətləmə cəsarətində belə deyil ki, bu da Azərbaycanın dini siyasətinin İranın inhisarında olması ilə bağlıdır. Yəni necə ki, nurçular Türkiyədəki təhlükəli çevrələrdən, vəhabilər Küveyt və Səudiyyə Ərəbistanından qidalanır, Azərbaycanda da böyük əksəriyyətin inanc sistemi olan şiəlik İranın inhisarı altındadır ki, bu da dövlətimiz adına ən böyük ayıblardan biri hesab olunmalıdır.
Hələ də Azərbaycanda dindarlar Ramazan bayramını iki tarixdə qeyd edirlər, hələ də Azərbaycanın ruhani idarəsi hansısa dini əhəmiyyətli əlamətdar tarixlə bağlı fətvanı verənə qədər gözlərini İrandakı mollalara dayayırlar. Yəni müstəqil dini siyasətin, dini inanc sistemimizin olmamasının nəticəsidir ki, bu gün bizlər ciddi şəkildə parçalanmışıq. «Allaha ibadət» adı altında saxtakarların siyasi oyunlarının güdazına gedirik. Və Allahın bizə verdiyi ən böyük nemət olan ümumi evimizin - DÖVLƏTİMİZİN sütunlarını belə təhdid edirik.
Ən acınacaqlı olanı isə odur ki, hələ də bu sahədəki təhlükəni dövlətin müvafiq qurum və təşkilatları yetərincə hiss etmirlər. Onlara bu gün Şeyx Qamətin «hər cümə namazına 20 minə yaxın adamımız gəlir» kimi açıqlama verməsi şişirtmə-qürrələnmə, başqa təriqətlərə acıq vermə təşəbbüsü kimi görünür. Onlara bu gün Mövsum Səmədovun, Taleh Bağırzadənin fətvaları evcik-evcik oyunundan başqa bir əhəmiyyətdə təsir bağışlamır. Onlar bu gün «Xəzər» kanalının aşıladığı təhlükəni duyacaq səviyyədə deyillər.
Amma təhlükə var. Azərbaycan rəsmən parçalanıb. Və sabah - Qarabağı azad etmə zamanı biz bu parçalanmış milləti bir araya çox çətinliklə yığacağıq. Bunu görmək lazımdır. Artıq parçalanmışıq ki, Suriyada, Əfqanıstanda Azərbaycan oğulları canlarını absurd ideyalar naminə qurban verirlər. Və bu gün minlərlə azərbaycanlı var ki, fars mollalarının ağzından fətva gözləyirlər.
Sizcə ayılmalı deyilikmi? Ortaya sənəd qoymağın tam zamanıdır. Azərbaycanı birləşdirəcək, özünə qaytaracaq sənədin - bu ölkəni vahid dini konsepsiyasının. Cəhənnəmə olsun o tolerantlıq…
Samir - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
|