AYGÜN KAZIMOVA KİMLƏRİ İTTİHAM ETDİ?
Tarix: 8-11-2013, 10:07 |
Çap et
Xalq artisti Aygün Kazımovanın 8 Noyabr tarixində türkiyəli müğənni Sinan Akçılla birgə konserti olmalı idi. SİA-nın verdiyi xəbərə görə, ifaçınının verəcəyi konsert ləğv olunub. Belə ki, xalq artisti konsertinin baş tutmamasının səbəbini açıqlayıb: “Sevənlərimə pis xəbərim var. Sinanla verəcəyim konsert ləğv olundu. Səbəbi isə qeyri-peşəkar təşkilatçılıqdır. İstəməzdim belə alınsın, ancaq oldu. Çox təəssüfənirəm”.
Qeyd edək ki, sözügedən konsertin təşkilatçısı Nahid Emiloğludur.