ANARXİSTLƏR AFİNANI QARIŞDIRDI
Tarix: 27-01-2012, 12:36 |
Çap et
BU DƏFƏ DƏNİZ SAHİLİNƏ YAN ALAN 7 QAYIQ YANDIRILIB
Naməlum şəxslər Afinanın sahil bölgəsi olan Alimosda kütləvi şəkildə qayıqlara od vurublar.
RİA ''Novosti''nin verdiyi xəbərə görə, yanğın xidməti azı 7 qayığın yandırıldığını bildirib. Yanğının söndürülməsinə 40 nəfərin daxil olduğu 11 dəstə cəlb olunub.
Minlərlə şəxsi qayıq, sahiblərinin zənginliyinin əlaməti olaraq, Afina ətrafındakı dayanacaqlara yan alıblar. Qayıqların yandırılması ilk dəfə baş vermir. Avtomobil yanğınlarında olduğu kimi, bu halda da məsuliyyət anarxistlərin üzərinə qoyulur.