Bağdadda baş verən partlayışda ən azı 28 nəfər ölüb.
APA-nın məlumatına görə, terror aktı dəfn mərasimində baş verib. Hadisənin detalları araşdırılır, terror aktı zaman ölən və yaralananların sayı müəyyənləşdirilir. Hələlik heç bir terrorçu qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.