BİR İLDƏ 97 NƏFƏR İŞ BAŞINDA DÜNYASINI DƏYİŞİB
Tarix: 27-01-2012, 13:49 |
Çap et
BUNU FÜZULİ ƏLƏKBƏROV DEYİR
Ötən il ərzində Azərbaycanda əmək fəaliyyəti ilə bağlı 211 işçi xəsarət alıb ki, bu xəsarətlər nəticəsində 97 nəfər dünyasını dəyişib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
F.Ələkbərovun sözlərinə görə, iş yerlərində işçilərin xəsarət alması dünya üzrə qlobal problem hesab olunur. Hər gün dünya üzrə əmək fəaliyyəti ilə əlaqədar 850 minə yaxın insan xəsarət alır, 6300 insan isə dünyasını dəyişir.
F.Ələkbərov bildirib ki, Azərbaycanda da iş yerlərində işçilərin xəsarət alması faktları mövcuddur: “Ötən il ərzində Azərbaycanda əmək fəaliyyəti ilə bağlı 211 işçi xəsarət alıb ki, bu xəsarətlər nəticəsində 97 nəfər dünyasını dəyişib. Xəsarət alan və dünyasını dəyişən insanların ailələri bəlli bir həyat yükü ilə üzləşirlər ki, bu da sosial problemlər yaradır. Ötən il ərzində Azərbaycanda 100 minə yaxın yeni iş yerləri yaradılıb ki, bu da risklərin artmasına səbəb olur. Bu risklərin qarşısını almaq, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (tripartial) Sosial Şuranın yaradılması mühüm əhəmiyyət kəsb edir”.