HESABLAMA PALATASININ YENİ SƏDRİ BƏLLİ OLDU
Tarix: 12-11-2013, 16:05 |
Çap et
BUNDAN ƏLAVƏ, ÜÇ RAYONUN İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI DƏYİŞDİRİLİR
DİA.AZ: - Rayon icra başçılarının bəzilərinin yerlərinin dəyşdirilməsilə bağlı sərəncam imzalanacaq. Bu məlumatı DİA.AZ-a hökumət içindəki mənbə ötürüb.
Qaynaq iddia edir ki, hazırda Şəmkir rayonuna başçılıq edən Nazim Veysovun Lerik rayonuna, Lerikin icra başçısı Rövşən Bağırovun isə Bakının xətai rayonuna gətirilməsi nəzərdə tutulub.
Gələn məlumatlarda o da bildirilir ki, hazırda Xətainin icra başçısı postunu tutan Razim Məmmədovun isə Hesablama Palatasına sədr gətirilməsi gözlənilir.
Bildirək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postunu tutmasının ardından Hesablama Palatasının sədri postu boş qalmışdı.